FACT-INFO.AZ » SİYASƏT » Riçard Houqland ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair siyasətinin altı elementini bir daha vurğulayıb
25-08-2017, 07:50 | SİYASƏT
Riçard Houqland ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair siyasətinin altı elementini bir daha vurğulayıb

Brifinq ABŞ Dövlət Departamentinin əcnəbi jurnalistlər üçün mətbuat mərkəzi tərəfindən təşkil edilib. AZƏRTAC xəbər verir ki, səfir ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair rəsmi siyasətinin prinsiplərini jurnalistlərə təqdim edib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyət barədə öz fikirlərini bölüşüb və suallara cavab verib. Cari ilin yanvarından avqustun sonuna qədər bu vəzifəni müvəqqəti icra etdiyini vurğulayan R.Houqland bildirib ki, ATƏT-in Minsk qrupunun Amerika tərəfdən yeni daimi həmsədri Endrü Şofer bu vəzifədə fəaliyyətə bazar ertəsi, avqustun 28-də başlayacaq. Səfir Houqland Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair ABŞ-ın siyasətinin əsas prinsiplərindən söhbət açaraq deyib ki, tənzimləmənin əsasını BMT-nin Nizamnaməsi, müvafiq beynəlxalq hüquqi sənədlər və Helsinki Yekun Aktının əsas prinsipləri təşkil edir. Madrid prinsiplərinə əsaslanan daha altı element sülh sazişinin tərkib hissəsi olmalı və vahid paket kimi qəbul edilməlidir. Birinci element ondan ibarətdir ki, tərəflər Dağlıq Qarabağa müvəqqəti status verməli, onun qəti hüquqi statusu gələcəyə keçirilməli və tərəflərin qarşılıqlı razılığı ilə onların iradəsinin ifadə olunması vasitəsilə müəyyən edilməlidir. İkinci element keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) inzibati sərhədləri daxilində hazırda rəsmi Bakı tərəfindən nəzarət edilməyən əraziyə müvəqqəti status verilməsini nəzərdə tutur və həmin dövrdə təhlükəsizliyə və özünüidarəyə minimal zəmanəti təmin edir. Üçüncü element ondan ibarətdir ki, Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş ərazilər Azərbaycanın nəzarəti altına qaytarılmalıdır, çünki Azərbaycanın suverenliyinə hörmət edilmədən tənzimləmə ola bilməz. Dördüncü element Laçından keçməklə Dağlıq Qarabağı Ermənistanla birləşdirən “dəhliz” mövcud olmasını nəzərdə tutur və həmin dəhliz hərəkət etmək üçün yetərincə geniş olmalı, lakin bütün Laçın rayonunu əhatə etməməlidir. Beşinci element məcburi köçkünlərə və qaçqınlara əvvəlki daimi yaşayış yerlərinə qayıtmaq hüququ verilməsindən ibarətdir. Nəhayət, altıncı element sülhyaratma əməliyyatı da daxil olmaqla təhlükəsizliyə beynəlxalq zəmanətləri nəzərdə tutur. Riçard Houqland jurnalistlərin suallarına cavab verərkən qeyd edib ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədrlərinin və ya ABŞ administrasiyalarının dəyişməsindən asılı olmayaraq, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair ABŞ-ın bu siyasəti dəyişmir. AZƏRTAC-ın xüsusi müxbiri Yusif Babanlı postsovet məkanında separatçı və dövlətlərarası münaqişələrlə bağlı terminologiyanın xüsusiyyətlərinə toxunaraq qeyd edib ki, Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyünün tanınması və işğal edilmiş ərazilərdəki qeyri-qanuni qurumlarda fəaliyyət göstərən qanunsuz rejimlərin tanınmaması barədə ABŞ-ın mövqeyi yetərincə aydın olsa da, bəzən ABŞ Dövlət Departamenti həmin münaqişələrə münasibətdə Vaşinqtonun ümumi mövqeyinə zidd olan yanaşmadan istifadə edir. Məsələn, ABŞ xarici siyasət idarəsinin nümayəndələri Cənubi Osetiya və Abxaziya barədə danışarkən “işğal olunmuş ərazilər” terminindən istifadə edir, amma Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti hüdudlarında işğal olunmuş ərazini müzakirə edərkən “işğal olunmuş ərazilər” terminini işlətməkdən çəkinir və bu termini yalnız keçmiş DQMV-yə bitişik işğal olunmuş ərazilər barədə danışarkən tətbiq edir. Bu artıq, ölkənin rəsmi siyasətinə ziddir, çünki ABŞ rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə təkrar edib. Səfir Houqland qeyd edib ki, bu, ikili standartlara dəlalət etmir, çünki hər bir münaqişəyə xas olan müəyyən nüanslar var. Diplomat vurğulayıb ki, bu, “yaxşı diplomatiya nümunəsi” və real siyasət nümunəsidir. O, ermənilərlə azərbaycanlılar arasında etimadı möhkəmlətmək tədbirləri və “xalq diplomatiyası” barədə öz fikirlərini də bölüşüb. ATƏT-in Minsk qrupunun yeni amerikalı həmsədri Endrü Şofer yaxın vaxtlara qədər BMT-nin Vyanadakı ofisində ABŞ-ın nümayəndəliyində, Beynəlxalq Atom Enerjisi Agentliyində və Vyanadakı digər beynəlxalq təşkilatlarda rəhbər vəzifə tutub. Xatırladaq ki, Azərbaycanın Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayon 1992-1994-cü illərdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Ermənistanın işğalçı siyasəti nəticəsində bir milyondan çox azərbaycanlı öz yurdlarından qovulub. 1993-cü ilin aprel-noyabr aylarında BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğalını pisləyən, erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını, habelə məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul edib. 2008-ci ilin mart ayında BMT Baş Məclisi 62/243 nömrəli qətnamə qəbul edərək beynəlxalq birliyin Təhlükəsizlik Şurasının sənədlərinə əks olunmuş mövqeyini bir daha təsdiq edib. Müxtəlif ölkələrin və beynəlxalq təşkilatların qanunvericilik orqanları BMT-nin həmin qətnamələrini əsas götürərək Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən sənədlər qəbul ediblər.




Baxış sayı: 1 617
Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031