Bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib. E.Nəsirov qeyd edib ki, əvvəla, Türkiyənin Avrasiya İqtisadi İttifaqı ilə gömrük sazişi bağlaması məsələsi Türkiyə rəhbərliyində öz təsdiqini tapmayıb: "Hətta Türkiyə belə bir addım atarsa, bu, heç bir halda Avrasiya İqtisadi İttifaqının üzvü olan Ermənistanla Türkiyənin sərhədlərinin açılması anlamına gələ bilməz. Bu qeyri-mümkündür. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan dəfələrlə, eyni zamanda, Milli Məclisdə çıxışı zamanı bəyan edib ki, nə qədər ki işğala son qoyulmayıb, nə qədər ki Ermənistan öz işğalçı qüvvələrini Azərbaycan ərazisindən çıxarmayıb, heç bir halda Türkiyə-Ermənistan sərhədləri açıla bilməz. Digər tərəfdən, Ermənistanın müstəqillik bəyannaməsində, dövlət gerbində və konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Ona görə də Türkiyənin Ermənistanla sərhədlərinin açılmasından söhbət gedə bilməz". Deputat bildirib ki, erməni tərəfi bu səpkili informasıyalar yaysa da, heç bir real əsası yoxdur. (Trend)
Baxış sayı: 1 911
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

