FACT-INFO.AZ » SİYASƏT » Oleq Kuznetsov: Ruben Kirakosyan erməni terrorizminin vəkilidir
12-08-2017, 07:05 | SİYASƏT
Oleq Kuznetsov: Ruben Kirakosyan erməni terrorizminin vəkilidir

Bu yaxınlarda erməni lobbisi tərəfindən tarixçiyə qarşı təqibin yeni dalğası başladılıb.

Məlum olduğu kimi, Oleq Kuznetsovun erməni terrorizmindən bəhs edən “XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat” kitabı ona qarşı məhkəmə iddiasının qaldırılmasına səbəb olub. Müəllif guya millətlər arasında ayrı-seçkilik salmaqda ittiham olunur.

Oleq Kuznetsovun işinin bütün hüquqi tərəfləri barədə vəkili Elman Paşayev Eurasia Diary-yə danışıb. Portal bu qondarma işin siyasi aspektləri barədə isə monoqrafiyanın müəllifi ilə söhbət edib.

-Avqustun 10-da rus istintaq orqanları ilə əlaqədar sizə hüquqi yardım göstərən vəkil Elman Paşayev bizim redaksiyada olub. Bu görüş sayəsində məsələnin hüquqi tərəfi az-çox bizə məlum oldu. İndi biz sizin məsələyə münasibətinizi öyrənmək istəyirik.

-İlk növbədə, mən bütün işlərimdə məni dəstəkləyən portalınıza təşəkkür edirəm. Hazırda ermənilər tərəfindən növbəti dəfə təqib obyekti olduğum zaman siz susmadınız və bundan yan keçmədiniz. Bütün bunlar mənim üçün çox xoşdur.

Bildiyiniz kimi, bu, Rusiya ermənilərinin məni siyasi mövqeyimə görə cinayət məsuliyyətinə cəlb etmək istədikləri ilk cəhd deyil. Buna görə də bu məsələlərdə müəyyən həyati və praktik təcrübə qazandıqdan sonra artıq onların hər hücumuna emosiyasız yanaşmağa öyrəşmişəm. Hamı bilir ki, hüquq mühafizə orqanlarının əməkdaşlarının maraq obyektinə çevriləndə vəziyyət heç kim üçün xoşagələn olmur. Lakin bu, o demək deyil ki, mən mübarizə aparmayacağam. Ağlıma Redyard Kiplinqin “Cəngəlliklər kitabı”ndan bir sitat gəldi. Ayı Balu itlərlə döyüşən Mauqliyə deyir: “Bu yaddaqalan ov olacaq!”. Bu gün məhz bu hissləri keçirirəm. Amma hələ ki, mən və təkcə mən deyil, Elman Paşayevin və rus, azərbaycanlı, yəhudi familiyalı bir neçə moskvalı vəkilin də daxil olduğu komandam da qazın ovçuya dönə biləcəyi anı gözləyirik. Bütün məsuliyyətimlə bəyan edirəm ki, bu işi başlayan erməni vəkil Ruben Kirakosyan bir müddət sonra öz xidmətlərinə görə Rusiya qanunvericiliyinə uyğun olaraq layiqli cavabını alacaq və Rusiyadakı heç bir erməni lobbisi, erməni mafiyasının pulu onun məsuliyyətdən qaçmasına kömək edə bilməyəcək.

-Fikrinizcə, sizi təqib etməkdə onların məqsədi nədir?

-Mən telepat deyiləm, buna görə də iyulun 10-da Rusiya İstintaq Komitəsinin vətəndaş qəbuluna gələrək məndən şifahi şəkildə şikayət edən Ruben Kirakosyan və onun tayfasını nəyin idarə etdiyini öyrənmək üçün onun beyninə girə bilmərəm. Bu görüşün bütün detalları mənə məlumdur. Kim nə danışıb, kim nə təklif edib, kim hansı cavabı alıb. Sentyabrın 10-da prosessual müddət başa çatır. Moskvanın qərb dairəsi üzrə İstintaq Komitəsinin xüsusi əhəmiyyətli işlər üzrə müstəntiqi A.Berlev bu şifahi müraciətin araşdırılmasının nəticələri ilə bağlı öz mövqeyini ortaya qoyacaq. Bundan sonra həm hüquqi, həm də siyasi meydanda görəcəyimiz işlər bizim üçün aydın olacaq. Vəziyyətin inkişafından asılı olaraq, bizim müdafiə və hücuma dair bir neçə planımız var və onlardan birini mütləq həyata keçirəcəyik.

Biz Ruben Kirakosyanın bəyanatına Rusiya Prezidenti Vladimir Putinin də tez-tez işlətdiyi yalnız bir “assimetrik cavab” verməklə kifayətlənməyəcəyik. Vəkil Elman Paşayevin də sizin portala bildirdiyi kimi, o, mənim monoqrafiyamı ABŞ-da maliyyələşdirəcək. İngilis dilində tərcüməsi artıq var və bu dildə ilk nəşri Berlində oldu. Lakin növbədə ABŞ-dır. Burada monoqrafiyam üçün ən yaxşı reklam onun Rusiya hüquq mühafizə orqanlarının tədqiqat predmeti olması olacaq. ABŞ-da antirusiya təşviqatı aparan qüvvələr az deyil. Ruben Kirakosyan isə onlara Kremlin üzərinə kölgə salmaq üçün növbəti səbəb verib. ABŞ-da az adam monoqrafiyamın həsr olunduğu erməni terrorizmi barədə düşünür. Hamı car çəkəcək ki, Rusiya hökuməti ermənilərin cinayətləri barədə həqiqəti yazan alimi təqib edir. Bu, mütləq baş verəcək və sonra baxacağıq Kirakosyanın Moskvada başına nə gəlir. Görəcəyik, o, daha çox itirəcək, yoxsa mən. Belə bir deyim var: “Külək əsdirən fırtınada boğular”. Amma mən əminəm ki, nə Kirakosyan, nə də onu idarə edən erməni oliqarxlar düşünməyiblər ki, vəziyyət bu ssenari üzrə inkişaf edər. Ssenari isə inkişaf edəcək, əsas məsələ ondadır ki, müstəntiqin qərarı necə olacaq və Rusiyaya ermənilər bu mənada hansı siyasi zərəri vermiş olacaq.

-Siz demək istəyirsiniz ki, hüquqi yox, siyasi təqibin qurbanısınız?

-Gəlin, böyük sözlərsiz və pafossuz ötüşək. Son illər erməni lobbisi tərəfindən həmişə siyasi təqibə məruz qalmışam, hüquqi təqibdən isə hələ ki, söhbət getmir. Müstəntiq mənim fikrimcə, hələ ki, öz işini düzgün və peşəkarcasına görür. Nəticələri bir aydan sonra biləcəyik. O vaxta kimi isə hər hansı qiyməti vermək düzgün olmaz. Bu, istintaq prosesinə təzyiq kimi görülə bilər. Buna görə də bu barədə bir söz deməyəcəyəm. Lakin onu deyim ki, söhbətimiz zamanı Aleksandr Alekseyeviç Berlev məndə güclü təəssürat yaratdı. Müstəqil və peşəkar müstəntiqdir. Lakin bir ay sonra hər şey dəyişə bilər.

Məsələnin siyasi tərəfinə gəldikdə isə ermənilərin mənə qarşı olan iddiaları ilk baxışdan göründüyü kimi aydın deyil. Səbəb daha dərində, onların ədalət anlayışını yanlış qavramasında yatır. Heç kim üçün sirr deyil ki, bütün ermənilər özlərini ən qədim xalq hesab edir və sivilizasiyanın ali təbəqəsinə məxsus olduqlarını düşünürlər. Buna görə də onlara ünvanlanmış istənilən tənqidi prinsip etibarilə qəbul etmir və kollektiv maraqlarına uyğun hesab etdikləri istənilən cinayəti isə haqq işi sayırlar. Məhz buna görə törətdikləri terrorizmi qəhrəmanlıq, terrorçuları qəhrəman, məni isə düşmənləri hesab edirlər. Odur ki, mənim simamda düşmən görməklə yalnız öz erməni terrorizmini müdafiə etmir, eləcə də öz şüuraltılarında terrorizmi siyasi məqsədlərini və ya milli maraqlarını həyata keçirərkən haqlı olduqlarını düşünürlər. Ona görə də məsələ məndə deyil, Ruben Kirakosyan əsas etibarilə ermənilər tərəfindən düşünülmüş cəzasız terrorçu olma hüququnu müdafiə edir. Bütün dünyanın bu hüququ qəbul etməməsi və etməyəcəyi onlara maraqlı deyil.

Bu mövzuda hətta mənim əleyhimə istintaqa qədərki yoxlamanı aparan Ruben Kirakosyanın da bilmədiyi daha bir vacib məqam var: o, məni erməni terrorizmi barədə həqiqəti dediyim üçün cəzalandırmağa çağırıb. Rusiyanın “Ekstremist fəaliyyətə qarşı mübarizəyə dair” federal qanununun 2-ci maddəsinin 1-ci bəndinə görə bu, ekstremist fəaliyyətin əlamətlərindən biri sayılır və yoxlama başa çatan kimi mən Kirakosyanı ekstremist fəaliyyətdə günahlandıracağam. O zaman onun dediyi hər şey və sənədləşdirilən bütün sözləri fikrimcə, artıq ittiham olunması üçün sübut kimi istifadə ediləcək. O, dava istəyirdi, onu görəcək, bizim heç birimiz bu vəziyyətdə uduza bilmərik. Bütün maskalar çıxarılanda “həqiqət anı” gəlir. Mən məhkəmədə Ruben Kirakosyanı ictimai şəkildə “erməni terrorizminin vəkili” adlandıracağım günü gözləyirəm. (Azərtac)

 

 




Baxış sayı: 1 751
Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031