FACT-INFO.AZ » SİYASƏT » “Uşaqların öldürülməsi Ermənistanın yürütdüyü terrorizm siyasətinin tərkib hissəsidir”
10-08-2017, 08:40 | SİYASƏT
“Uşaqların öldürülməsi Ermənistanın yürütdüyü terrorizm siyasətinin tərkib hissəsidir”

Ermənistan ordusu tərəfindən mülki əhalinin, xüsusən də uşaqların hədəfə alınması ilə bağlı Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova beynəlxalq təşkilatlara müraciət edib. 

Müraciət BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, YUNİSEF-ə, İslam Əməkdaşlıq Təşkilatına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə və müxtəlif ölkələrin ombudsmanlarına ünvanlanıb. 

Müraciətdə deyilir: "Ermənistan silahlı qüvvələrinin bölmələri 2017-ci il avqust ayının 7-də Azərbaycanın işğal olunmuş ərazilərindən Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Qaralar kəndini iriçaplı silahlardan atəşə tutaraq mülki əhalinin qəsdən məhv edilməsi məqsədilə törəddikləri növbəti təxribat nəticəsində Qaralar kənd sakini - 2004-cü il təvəllüdlü 13 yaşlı uşaq Yusifov Ramin Sabir oğlu qəlpə xəsarətləri alaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdir. Mülki insanların, o cümlədən uşaqların hədəfə alınması və qətlə yetirilməsi məqsədi daşıyan qəddar əməllər işğalçı Ermənistanın yürütdüyü davamlı terrorizm siyasətinin tərkib hissəsidir. 2017-ci ilin 4 iyul tarixində isə Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində məskunlaşan çoxsaylı mülki əhalinin yaşadığı yaşayış məntəqələri və mülki obyektlər hədəflənmiş şəkildə, qəsdən 80 və 102 millimetrlik minaatanlardan, dəzgahlı qumbaraatanlardan atəşə tutulmuş, nəticədə 1967-ci il təvəllüdlü yaşlı qadın Allahverdiyeva Sahibə və onun 2 yaşlı qız nəvəsi Quliyeva Zəhra həlak olmuş, digər mülki şəxs 1965-ci il təvəllüdlü qadın Quliyeva Səlminaz ağır yaralanmış və mülki obyektlər dağıdılmışdı. Göründüyü kimi, Ermənistan özünün təcavüzkar əməllərində əl çəkməyərək Ordumuzun cəbhəboyu mövqelərini və mülki əhalinin yaşadığı əraziləri iriçaplı silahlardan intensiv atəşə tutmaqla beynəlxalq humanitar hüquq normalarının tələblərini kobud surətdə pozmaqda davam edir. Ermənistan silahlı qüvvələri tərəfindən minlərlə günahsız insanın həyatına son qoyulması, kütləvi şəkildə insan hüquqlarının kobudcasına pozulması, dünya mədəniyyətinə mənsub tarixi, dini və mədəni abidələrin tam dağıdılması ilə nəticələnən Azərbaycana qarşı 25 ildən artıq davam edən hərbi təcavüz, etnik təmizləmə və terror aktlarının davamı olan növbəti bir cinayət aktı kimi qiymətləndirilməlidir və beynəlxalq hüquq normalarına əsasən həmin cinayətləri törədənlərin cəzalandırılması istiqamətində təsirli tədbirlər görülməlidir. Cəzasızlıq mühitinin arxayınçılığı belə səviyyəyə çatıb ki, dəfələrlə törətdiyi vəhşiliklər, xüsusilə azyaşlı uşaq və qadınları hədəfə alması beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə pislənilməsinə baxmayaraq, Ermənistan bu çirkin əməllərindən nəticə çıxarmayaraq avqustun 7-də 13 yaşlı Ramin Yusifovun yaralanması ilə nəticələnən növbəti cinayəti törətməkdən belə çəkinməmişdir. Ermənistan 1988-ci ildən başladığı və uzun müddətli ara vermədən davam etdirdiyi hərbi təcavüz nəticəsində Azərbaycanın Dağlıq Qarabağ ərazisini, eləcə də ətraf yeddi rayonu işğal etmiş, bununla da ölkəmizin ərazisinin 20 faizi zəbt olunmuş, bir milyon soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olmuşdur. 2016-cı ilin 2-5 aprel tarixlərində erməni silahlı qüvvələri tərəfindən mülki əhalinin yaşadığı çoxsaylı yaşayış məntəqələrinin, məktəb və digər sosial obyektlərin, habelə Azərbaycan Silahlı Qüvvələrinin qoşunların təmas xətti boyunca mövqelərinin ağır artilleriyadan, iri çaplı silahlardan intensiv atəşə tutulması nəticəsində cəbhə xətti boyunca 34 mülki şəxs yaralanmış, arasında uşaq olmaqla 6 nəfər həlak olmuşdur. Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin uşaqların hüquqlarına və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır. 

Bu hadisələr isə Ermənistanın təcavüzkar siyasətini, qeyri-insani hərəkətlərini növbəti dəfə təsdiqləyərək, belnəlxalq hüquq normalarına saymazyana münasibət göstərdiyini bir daha sübut edir. 

Bununla bağlı dünya birliyinə, mötəbər beynəlxalq qurumlara və həmkarlarıma bir daha müraciət edərək, Azərbaycana qarşı aparılan uzunmüddətli erməni təcavüzünə, dinc əhalinin qətlə yetirilməsinə, kütləvi şəkildə insan hüquqlarının pozulmasına son qoyulması məqsədilə, yalnız pisləmək deyil, qətiyyətli səylər göstərməyə çağırıram. 

Beynəlxalq ictimaiyyət bu cür qəddarlıq, amansızlıq və qeyri-insani hadisələrə laqeyd qalmamalı, beynəlxalq cinayətləri törətmiş işğalçı Ermənistanı BMT Nizamnaməsinə müvafiq olaraq cəzalandırılmasına nail olmalıdır".

 

 

 

 




Baxış sayı: 1 761
Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031