FACT-INFO.AZ » SİYASƏT » Qarabağ həqiqətlərini 5 dildə dünyaya yayacaq internet saytının təqdimatı keçirilib
23-09-2015, 09:05 | SİYASƏT
Qarabağ həqiqətlərini 5 dildə dünyaya yayacaq internet saytının təqdimatı keçirilib

Tədbirdə sayt haqqında video-rolik nümayiş etdirilib. Məlumat verilib ki, sayt Qarabağ həqiqətlərini müxtəlif dillərdə dünya ictimaiyyətinə çatdırmaq missiyası daşıyır. Azərbaycan, rus, ingilis, alman və fransız dillərində fəaliyyət göstərəcək saytda Dağlıq Qarabağ münaqişəsinin tarixi, mövcud durumu ilə bağlı materiallar yerləşdiriləcək, konfliktin nizamlanması istiqamətində atılan addımlar geniş şəkildə işıqlandırılacaq. Əsasən xarici dilli internet məkanı üçün nəzərdə tutulmuş bu saytda Azərbaycanın və dünyanın tanınmış ekspertlərinin, analitik və politoloqların fikirlərinə, məqalələrinə yer veriləcək.

Tədbirdə çıxış edən QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, Qarabağın işğalı bir gün də olsun diqqətdən kənarda qalmamalıdır: “Burada təbii ki, əsas güc dövlətimizin üzərinə düşür. Bu gün dünya dəyişib və artıq Ermənistanda olan cinayətkar rejimi hamı tanıyır. Bunların ifşa olunmasında Prezident İlham Əliyevin xidmətləri böyükdür. Ölkə başçısının tapşırığına uyğun olaraq, Şuranın fəaliyyətinin əsas xəttini Qarabağ münaqişəsinə dair həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması təşkil edir. Dağlıq Qarabağ probleminin həllinə vətəndaş cəmiyyətinin töhfəsi böyükdür. Mən çox sevinirəm ki, bu sayt bir neçə dildə fəaliyyət göstərəcək və bu, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında müstəsna rol oynayacaq”.

Qarabağ münaqişəsi başlayandan indiyədək Azərbaycanın informasiya blokadasından çıxmaq üçün böyük işlər gördüyünü deyən Prezident Administrasiyasının İctimai-Siyasi Məsələlər üzrə Şöbəsinin sektor müdiri Elman Paşayev isə belə bir saytın yaranmasını yüksək dəyərləndirib: “6-7 ay bundan əvvəl biz Qarabağ haqqında saytların monitorinqini apardıq və məlum oldu ki, bu saytlar müəyyən dövrdən sonra fəaliyyətlərini dayandırır. Buna səbəb isə maliyyə mənbəyinin zəifliyi olub. İndiyədək Qarabağla bağlı informasiyalar yalnız ayrı-ayrı saytların tərkibində yaradılıb. İndi isə Qarabağ haqqında ayrıca bir saytın yaradılması çox sevindirici haldır. Burada yerləşdirilən materialların təsirli olması, xarici ekspertlərin məqalələrinin yer alması vacibdir. İnanıram ki, biz Azərbaycanın haqq işini dünyaya çatdırmaqda bu saytın işindən də yararlanacağıq”.

“Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri Bayram Səfərov isə Qarabağla bağlı son 10 ildə böyük işlər görüldüyünü qeyd edib. O, Qarabağın tezliklə azad olunacağına ümid etdiyini və Ermənistan rəhbərliyinin yarıtmaz siyasəti nəticəsində ölkənin iflasa uğradığını diqqətə çatdırıb.

Millət vəkili Bəxtiyar Əliyev deyib ki, Azərbaycana qarşı aparılan informasiya blokadasının bariz nümunəsi Avropa Parlamentinin ölkənin əleyhinə qəbul etdiyi qətnamələrdən görünüb: “Təbii ki, informasiya blokadasından çıxmaq üçün belə saytların olması çox vacibdir. Çünki bu müharibə həm də informasiya müharibəsidir”.

“Düşüncə” İctimai Birliyinin sədri, saytın rəhbəri Emil Hüseynli isə çıxışında bildirib ki, saytın yaranmasının əsas məqsədi Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasıdır: “Saytın fəaliyyəti zamanı Avropa ekspertərinin məqalələri, açıqlamalarından istifadə olunacaq. Bu işin məsuliyyətini dərk etmişik və anlayıram ki, bu sayt vasitəsilə Azərbaycanın haqq səsini dünyaya çatdıracağıq”.

 

 

 

 




Baxış sayı: 2 305
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031