Rusiyalı hərbi politoloq Aleksandr Perenciyev "Change.org" servisində "Postsovet məkanında faşizmin qəhrəmanlaşdırılmasının qarşısının alınması" adlı petisiya yerləşdirib.
"Change.org" xəbər verir ki, petisiyada postsovet məkanında bəzi ölkələrdə II Dünya müharibəsi tarixinin təhrif olunduğu, nasistlərlə əməkdaşlıq etmiş cinayətkarlara abidələr ucaldıldığı, üstəlik, onların qəhrəman, milli xilasedici kimi qələmə verildiyi qeyd olunur.
Petisiyada həmçinin Ermənistanda alman faşistləri ilə əməkdaşlıq etmiş daşnak Qaregin Njdenin qəhrəmanlaşdırılması da qeyd olunub: "2016-cı ildə Ermənistanda faşist Qaregin Njdenin xatirəsinə ucaldılmış abidənin açılışı olub. Həmin bu daşnak lideri Böyük Vətən müharibəsi vaxtında işğal olunmuş Şərq ərazilərinin nasist naziri Alfred Rozenberqə Sovet Ermənistanını Almaniyanın koloniyasına çevirməklə bağlı müraciət edib. O, həmçinin SS-in reyxsfüreri Himmler ilə şəxsən tanış olub. Onun rəhbərliyi altında SS-in erməni legionu məhəllə aksiyalarında əsasını dinc sakinlərin təşkil etdiyi 20 mindən çox insanı qətlə yetirib. Onun əli minlərlə babalarımızın və ulu babalarımızın qanına bulaşıb. Bütün bunlara görə Njde sovet məhkəməsi tərəfindən məhkum edilib və Stalinin ölümündən sonra da ona qarşı münasibət dəyişməyib. Amma Ermənistanda düz Yerevanın mərkəzində ona abidə ucaldırlar və bu ölkənin prezidenti abidə önünə gül qoyur".
İyulun 31-də yerləşdirilmiş petisiyanı artıq 3,6 mindən çox adam imzalayıb.
Petisiya Rusiya Dövlət Dumasına, Federasiya Şurasına, Xarici İşlər Nazirliyinə və Ermənistan Xarici İşlər Nazirliyinə ünvanlanıb. (report)
Baxış sayı: 1 743
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

