Ermənistanın təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizama salınmasında irəliləyişin əldə edilməsi üçün ilk növbədə işğalçı ölkə problemə səhv yanaşmasından imtina etməlidir.
Bu fikri Azadinform-a açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib. O qeyd edib ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunu özünə birləşdirmək və ya ona müstəqillik verilməsi istəklərindən imtina etməli, işğalçı qüvvələrini Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionundan və digər rayonlarından çıxarmalıdır.
Deputat əlavə edib ki, işğal amili aradan qaldırılmalıdır: “Bunlar olmadıqca, münaqişənin həlli ilə bağlı əsaslı irəliləyişin əldə edilməsi sual altında olacaq. Davam edən gərgin şərait üçün məsuliyyət Ermənistanın üzərində qalacaq”.
Baxış sayı: 1 708
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha

