FACT-INFO.AZ » SİYASƏT » Nazir: “BMT-nin substantiv danışıqları dəstəkləməsi təqdir olunur”
21-07-2017, 09:10 | SİYASƏT
Nazir: “BMT-nin substantiv danışıqları dəstəkləməsi təqdir olunur”

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakıda Qüds məsələsinə həsr olunan beynəlxalq konfrans çərçivəsində baş tutan görüş və müzakirələrin səmərəli olduğunu deyən M. Yença Yaxın Şərq də daxil olmaqla, dünyanın digər regionlarında hərtərəfli inkişafın ədalətli sülhün bərqərar olmasından asılı olduğunu bildirib.
 E. Məmmədyarov isə Azərbaycanda hökm sürən tolerantlıq və multikulturalizm ənənələrinə toxunaraq müasir dövrdə baş verən münaqişələrin qarşısının alınması və həll edilməsi üçün multikultural dəyərlərin beynəlxalq səviyyədə təşviq edilməsinin vacibliyini vurğulayıb.
 
Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalından danışan E. Məmmədyarov BMT tərəfindən münaqişənin həll edilməsi üçün substantiv danışıqların dəstəklənməsinin təqdir olunduğunu qeyd edib. O, həmçinin münaqişə nəticəsində Azərbaycanın üzləşdiyi humanitar fəlakətin qarşısının alınmasında, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həll edilməsində BMT-nin ixtisaslaşmış qurumlarının, xüsusilə Qaçqınlar üzrə Ali Komissarlığın rolunu önə çəkib.
 Danışıqlar prosesinin gedişi barədə məlumat verən E. Məmmədyarov əlavə edib ki, münaqişənin həllinin əsasını təşkil edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən tam şəkildə və qeyd-şərtsiz çıxarılması təmin olunmalıdır.
 Eyni zamanda nazir Azərbaycanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasında ilk dəfə “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq münasibətlərinin gücləndirilməsi” mövzusunda iclasın keçirildiyini xatırladaraq, sülh və sabitliyin əldə edilməsində bu kimi təşkilatların sıx əməkdaşlığının təqdirəlayiq hal olduğunu vurğulayıb.
Görüşdə həmçinin Azərbaycan-BMT tərəfdaşlığı, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. 

 

 

 

 

 

 

 

 

 

 

 

 




Baxış sayı: 1 546
“Çal qılıncın, yetdim!.." Bu gün, 21:00 MN: Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri taktiki fəaliyyətləri yerinə yetirib Bu gün, 20:00 Müharibə və hərbi xidmətlə bağlı əlilliyi olan şəxslərə daha 19 avtomobil təqdim edilib Bu gün, 18:30 Azərbaycan Prezidenti: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib Bu gün, 12:30 Milli Məclisdə Dövlət Qulluğu Məcəlləsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb Bu gün, 12:30 Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal hazırlanıb Bu gün, 11:30 Şarl Mişel: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal dialoq üçün mühüm platformadır Bu gün, 10:30 Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər Bu gün, 10:30 Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub Bu gün, 10:00 "Birliyin Gücü – 2026” təlimində helikopterlərlə tapşırıqlar yerinə yetirilib Dünən, 20:30 Ceyhun Bayramov İƏT toplantısında çıxış edib Dünən, 20:30 Nazirlər Kabinetində geniş iclas keçirilib Dünən, 20:30 “Diri Baba” türbə-kompleksinin rəhbəri: Övliya Çələbi mağarada qeyri-adi mənzərənin şahidi olub Dünən, 19:30 New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting Dünən, 17:30 Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir Dünən, 12:30 Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi Dünən, 11:30 “27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edilib Dünən, 11:30 Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir Dünən, 11:00 Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub Dünən, 08:00 “Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib 23-09-2026, 18:00 Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır 23-09-2026, 18:00 Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub 23-09-2026, 18:00 “Üzeyir Hacıbəyli və Nizami irsi” kitabı təqdim olunub 23-09-2026, 14:00 Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək 23-09-2026, 13:00 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb 23-09-2026, 10:30 Festival çərçivəsində "Leyli və Məcnun" tamaşası nümayiş olunub 23-09-2026, 09:30 Ceyhun Bayramov ukraynalı həmkarı ilə geosiyasi proseslər barədə fikir mübadiləsi aparıb 23-09-2026, 08:30 Şəhid jurnalistlərin xatirəsinə həsr edilən ənənəvi minifutbol turnirinin püşkü atılıb 22-09-2026, 21:30 MEK elektron xidmətlərini təqdim edir 22-09-2026, 14:00 Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb 22-09-2026, 14:00
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930