FACT-INFO.AZ » SİYASƏT » “Ermənistanın su resurslarından ekoloji terror vasitəsi kimi istifadə etməsi dövlət siyasətdir”
19-07-2017, 09:10 | SİYASƏT
“Ermənistanın su resurslarından ekoloji terror vasitəsi kimi istifadə etməsi dövlət siyasətdir”

"Ermənistan tərəfindən su resurslarından ekoloji terror və təzyiq vasitəsi kimi istifadə edilməsi dövlət səviyyəsində həyata keçirilən siyasətdir. Rəsmi Yerevan tərəfindən bu siyasət Ermənistan ərazisindən Azərbaycana doğru axan çaylara, həmçinin Azərbaycanın işğal olunmuş ərazilərindəki su resurslarına, o cümlədən Sərsəng su anbarına münasibətdə tətbiq olunur. Ermənistanın Azərbaycana doğru axan su resurslarını qəsdən çirkləndirilməsi mövcud problemin başqa bir istiqamətidir". 

Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. O qeyd edib ki, Ermənistanın ekologiya nazirinin müavini Erik Qriroryanın məhz Azərbaycana su axınının qarşısını almaq üçün Ermənistandan Araz çayına axan su resurslarının məhdudlaşdırılması barədə açıqlaması Ermənistanın sudan ekoloji terror və təhdid kimi istifadə etməsini bir daha sübut edir: "Bu baxımdan Ermənistan sivil davranış və öhdəliklərdən boyun qaçırmaq üçün “Su Konvensiyası” adı ilə tanınan “Transsərhəd su axınları və beynəlxalq göllərin mühafizəsi Konvensiyası”na (Convention on the Protection and Use of Transboundary Watercourses and International Lakes) qoşulmaqdan nümayişkarcasına imtina edir. Buna baxmayaraq, Ermənistanın Beynəlxalq çayların suyundan istifadə haqqında 1966-cı il Helsinki və 2004-cü il Berlin Qaydaları, BMT Baş assambleyasının transsərhəd sular haqqında qanuna dair qətnaməsi (The law of transboundary aquifers), Avropa Şurası Parlament Assambleyasının Avropada transsərhəd su hövzələri haqqında qətnaməsi və digər beynəlxalq sənədlər üzrə öhdəlikləri vardır. Həmçinin, Avropa Şurası Parlament Assambleyası 2016-cı il qış sessiyasında məxsusi olaraq “Azərbaycanın sərhəd rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi” haqqında qətnamə qəbul edib və bu qətnamədə Ermənistanın sərhədyanı çaylara və işğal olunmuş ərazilərimizdəki Sərsəng su anbarına münasibətdə yürütdüyü siyasəti ekoloji terror kimi qiymətləndirilib. Bu sənədlərə əsasən, sudan istifadə hüququ həyat və sağlamlıq üçün vacibdir və sudan maneəsiz istifadə (suya maneəsiz çıxış) hər bir dövlət üçün əsas hüquq, həyat mənbəyi və strateji əhəmiyyətə malikdir və sərhədlərin mövcudluğu bu istifadəni məhdudlaşdıra bilməz. Ermənistanın ekoloji terrorizm və onun tərkib hissəsi olaraq “su terroru” siyasəti Azərbaycan tərəfindən beynəlxalq təşkilatlarda davamlı olaraq qaldırılır. Ermənistan tərəfinin son açıqlaması da aidiyyəti beynəlxalq təşkilatlarda müzakirəyə çıxarılacaq". (report)

 

 

 

 

 




Baxış sayı: 1 562
Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031