Bu il iyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alıxanlı kəndinin mülki əhalisini və mülki obyektlərini hədəflənmiş şəkildə və qəsdən ağır silahlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhranın həlak olması ilə bağlı Alman-Azərbaycan Mədəniyyəti Cəmiyyəti (NRW) tərəfindən iyulun 16-da Bielefeld şəhərinin mərkəzi küçəsi Jahnplatzda mitinq keçirilib. Füzuli rayonun Alıxanlı kənd sakini Zəhra və Xocalı şəhidləri anılıb. Təcavüzkar Ermənistan dünya ictimaiyyətinə bir daha ifşa edilib.
Mitinqdə Alman-Azərbaycan Mədəniyyət Evinin rəhbəri Təranə Tağıyeva, həkim Ruslan Cəfərli, Avropa Atatürkçü Düşüncə Dərnəyinin Bielefeld şöbəsinin rəhbəri Mehmet Ali Ölməz Alman və Azərbaycan dillərində çıxışlarında erməni vəhşilikləri barədə məlumat veriblər.
Baxış sayı: 1 575
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

