FACT-INFO.AZ » SİYASƏT » Azərbaycan nümayəndə heyəti Ermənistan tərəfinin təxribatçı çıxışına sərt reaksiya verib
12-07-2017, 10:30 | SİYASƏT
Azərbaycan nümayəndə heyəti Ermənistan tərəfinin təxribatçı çıxışına sərt reaksiya verib

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ATƏT regionunda təhlükəsizliyə və sülhə qarşı ən ciddi təhdid olaraq qalmaqda davam edir. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin ATƏT-ə verdiyi mandata baxmayaraq, biz müşahidə edirik ki, Təşkilat daxilində əsas meyil münaqişə ilə əlaqədar gərginliyi aradan qaldırmaqdır. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin edilmədən gərginliyin aradan qaldırılması problemi həll etməyəcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu fikirlər iyulun 11-də Avstriyanın Mauerbax qəsəbəsində ATƏT-ə üzv dövlətlərin xarici işlər nazirlərinin qeyri-formal toplantısında Azərbaycan nümayəndə heyətinin çıxışında yer alıb.

Bildirilib ki, ATƏT daxilində münaqişədə status-kvonun qeyri-davamlı olması barədə yekdil mövqe təsbit edilməlidir. Ermənistanın cəbhə xətti boyunca münaqişənin gərginləşməsinə yönəlmiş bütün növ təxribatları nəzərə alınaraq status-kvo dəyişilməlidir. Yaşayış məntəqələrinin heç bir fərq qoyulmadan atəşə tutulması nəticəsində iki azərbaycanlı mülki vətəndaşın öldürülməsi Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn kobud surətdə pozulmasıdır və bir daha mülki əhalini hədəfə almaqla Azərbaycanı reaksiya verməyə təhrik etmək siyasətinin sübutudur, eyni zamanda, Ermənistana sülh səylərini pozmaq üçün bəhanə verir.

Diqqətə çatdırılıb ki, münaqişə həll olunduqdan sonra Ermənistanın hazırkı rejiminin labüd legitimlik böhranı ilə üzləşəcəyi bu rejimi belə təxribatlara əl atmağa sövq edir. Ermənistanın siyasi rəhbərliyi anlayır ki, münaqişənin sülh yolu ilə beynəlxalq hüquqa uyğun həll edilməsi Azərbaycanın işğal olunmuş ərazilər üzərində suverenliyinin və ərazi bütövlüyünün bərpası ilə nəticələnəcək. Məhz buna görə də Ermənistan rəhbərliyi rejimin ömrünü uzatmaq məqsədilə mövcud status-kvonu möhkəmləndirmək üçün hər yola əl atır. Ermənistan dərk etməlidir ki, mövcud status-kvoya güvəndikcə müstəqilliyini tamamilə itirmək və regiondakı siyasi oyunlarda alətə çevrilmək riski ilə üzləşir. Yalnız münaqişəni sülh yolu ilə həll etməklə, Azərbaycan və regionun digər ölkələri ilə yaxşı qonşuluq münasibətləri yaratmaqla Ermənistan öz xalqı üçün müstəqil və xoş gələcək yarada və regionun inkişafından bəhrələnə bilər.

Çıxışda deyilir: “Təəssüf ki, Ermənistanın xarici işlər naziri Mauerbaxda dialoq imkanını yenə əldən verdi. O, Azərbaycana qarşı əsassız ittihamlarla dolu bəyanatla çıxış etdi. Belə bəyanat daxili siyasi istehlak üçün nəzərdə tutulub. Bu, ATƏT-də gözlənilən çıxış deyil. Bu zalda olan hər kəs anlayır ki, Ermənistan-Azərbaycan münaqişəsində təcavüzkar və təcavüzə məruz qalmış tərəf kimdir. Bizi maraqlandıran sual odur ki, Ermənistanın naziri öz bəyanatı ilə nəyə nail olmaq istəyirdi. Əgər nazir hesab edirsə ki, bu yolla ATƏT daxilində etimad və etibarın bərpasına hansısa töhfə verə bilər, tamamilə aydındır ki, o, iflasa uğradı.

Bu gün Brüsseldə Azərbaycanın xarici işlər naziri və ATƏT-in Minsk qrupunun həmsədrləri ilə planlaşdırılmış görüşü nəzərə aldıqda, Ermənistanın naziri həddən artıq təxribatçı çıxış səsləndirdi. Biz Ermənistanın nümayəndəliyini həm burada - ATƏT-də, həm də Brüsseldə keçiriləcək danışıqlarda konstruktiv mövqe nümayiş etdirməyə səsləyirik”

 

 

 

 

 

 




Baxış sayı: 1 501
Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031