Qərb ölkələrində bir uşaq hansısa partlayışda həlak olanda, hamı onun üçün şam yandırır və bütün Avropa qaraya bürünür.
Lakin bir müsəlman uşağı işğalçı Ermənistan ordusu tərəfindən öldürülür, kimsə buna reaksiya vermir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Urmiyanın İran İslam Şurası Məclisindəki (parlamentində) təmsilçisi, deputat Ruhulla Həzrətpur deyib. O bildirib ki, Ermənistan ordusu tərəfindən 2 yaşlı Zəhra Quliyevanın öldürülməsi beynəlxalq cinayətdir və buna dünya ictimaiyyəti göz yummamalıdır.
R.Həzrətpur deyib: “Alxanlı faciəsi insan hüquqlarında ikili standartın ağır nəticəsidir. Mənim fikrimcə, bu məsələ beynəlxalq insan haqları qurumları, xüsusi ilə də İslam ölkələri üçün bir sınaqdır. Beynəlxalq məhkəmələr bu məsələni araşdırıb hüquqi qiymət verməlidir”.
Baxış sayı: 1 519
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

