FACT-INFO.AZ » SİYASƏT » ATƏT PA-da Qrup yaradıldı - Azay Quliyev Qrupun koordinatoru seçildi
9-07-2017, 07:25 | SİYASƏT
ATƏT PA-da Qrup yaradıldı - Azay Quliyev Qrupun koordinatoru seçildi

ATƏT Parlament Assambleyasının Belarusun paytaxtı Minskdə keçirilən 26-cı illik sessiyası çərçivəsində iyulun 8-də Azərbaycan nümayəndə heyətinin üzvü, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyevin təşəbbüsü ilə “ATƏT PA-nınİpək Yoluna Dəstək Qrupu”  (Silk Road Support Group of the OSCE PA, SRG) təsis edilib. 

Təsis yığıncağını açıq elan edən Azərbaycan nümayəndə heyətinin ATƏT PA-dakı rəhbəri və Milli Məclisin sədr müavini Bahar Muradova İpək Yolunun tarixi rolundan danışaraq onun müasir dünyadakı əhəmiyyətini qeyd edib. Bahar Muradova İpək Yoluna Dəstək Qrupunun yaradılmasının üzv ölkələr üçün xüsusi önəm daşıdığını vurğulayaraq iştirakçı ölkələrə bu təklifə dəstək verdiklərinə görə Azərbaycan Respublikasının Milli Məclisi adından təşəkkür edib.

Azay Quliyev çıxışında ATƏT PA-nın prezidenti Kristine Muttonenə, Baş Katib Roberto Montellya, Monteneqronun spikeri İvan Brayoviçə, Bosniya və Herseqovinanın spikeri Borisa Çolaka, nümayəndə heyətlərinin rəhbərlərinə tədbirdə iştirak etdiklərinə və irəli sürdüyü təşəbbüsü dəstəklədiklərinə görə təşəkkür edib. Qrupun məqsəd və məramından danışan Azay Quliyev belə bir təşəbbüsün gerçəkləşməsi nəticəsində İpək Yolu Qrupu ölkələrinin bir-birinə daha da yaxınlaşacağına, ATƏT dəyərlərinin təşviqinə, üzv ölkələrin milli maraqlarının təmin olunmasına və onlar arasında əməkdaşlığın və qarşılıqlı anlaşmanın inkişafına töhvə verəcəyini bildirib.

ATƏT PA-nın Prezidenti Kristine Muttonen çıxışında Assembleyada İpək Yoluna dəstək Qrupun yaradılması ideyasını yüksək qiymətləndirib və onu təşkilat üçün mühüm və maraqlı təşəbbüs adlandırıb. Xanım Muttonen Qrupa olan yüksək marağı da qeyd edərək onun gələcəkdə parlament diplomatiyasına və ölkələr arası dialoqa xüsusi töhvə verəcəyinə inandığını qeyd edib.

Baş Katib Roberto Montella da öz növbəsində ATƏT PA-da belə bir qurumun yaradılmasını alqışladığını və qurumun vitse prezidenti Azay Quliyevin təşkilatda göstərdiyi aktiv fəaliyyəti təqdir etdiyini bildirib.

Daha sonra çıxış edən Monteneqronun spikeri İvan Brayoviç, Rumıniyanın nümayəndə heyətinin rəhbəri Viktor Ponta, Gürcüstan nümayəndə heyətinin üzvü və ATƏT PA-nın vitse –prezidenti George Sereteli, Albaniyanın nümayəndə heyətinin rəhbəri Arta Dade, Serbiyanın nümayəndə heyətinin rəhbəri Stefano Miladinoviç, İspaniyanın nümayəndə heyətinin üzvü,UNESCO-nun İpək Yolu şəbəkəsinin rəhbəri Joze Maria Çikuillo, İsveçrənin nümayəndə heyətinin rəhbəri Filippo Lombardi və digərləri çıxış edərək ATƏT PA-da İpək Yolu Qrupunun yaradılması təşəbbüsünü dəstəklədilər.

Müzakirələrdən sonra İpək Yolu Qrupunun yaradılması ilə bağlı Protokolun rəsmi imzalanma mərasimi oldu.

17 ölkənin- Azərbaycan,Albaniya, Belarus, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Gürcüstan, Qırğızıstan, Monqolustan, Monteneqro, Rumıniya, Serbiya, İsveçrə, İspaniya, Tacikistan, Türkiyə və Ukraynaın təsisçiliyi ilə “ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu” (Silk Road Support Group of the OSCE PA, SRG) təsis edilib.

Sonda isə Azay Quliyev yekdilliklə Qrupun kordinatoru, Mirkamal Əlizadə isə qrupun katibi seçilib.

 

 

 

 




Baxış sayı: 1 811
Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031