FACT-INFO.AZ » SİYASƏT » Ermənistan terroru dövlət səviyyəsində dəstəkləyir
30-06-2017, 10:55 | SİYASƏT
Ermənistan terroru dövlət səviyyəsində dəstəkləyir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində iyunun 29–da “Terrorizmə qarşı Avropanın birgə mübarizəsi: uğurlar və uğursuzluqlar” mövzusu üzrə müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva da çıxış edib.

Azərbaycanlı deputat bildirib ki, Avropa Şurasının üzv ölkələrinin hamısında insanlar terror aktlarının artmasından son dərəcə narahatdırlar və artıq heç kim özünü təhlükəsiz hiss etmir. Q.Paşayeva deyib: “Mən Ermənistan dövləti tərəfindən dəstəklənən çoxlu sayda terror aktlarından əziyyət çəkmiş bir ölkənin təmsilçisi olaraq bildirmək istəyirəm ki, Avropa, Avropa Şurası və AŞPA terrorizmə qarşı mübarizədə ikili standartlara yol verməməlidir, bundan əl çəkilməlidir. Harada, kimlər tərəfindən kimlərə qarşı törədilməsindən asılı olmayaraq etnik və dini ayrı-seçkilik etmədən Avropa, Avropa Şurası və AŞPA terrora qarşı sərt mübarizə aparmalıdır. Biz getdikcə daha da artan terror hadisələri ilə, kimlər tərəfindən kimlərə qarşı törədilməsindən asılı olmayaraq terror törədənlərə, onu təşkil edənlərə, dəstəkləyənlərə qarşı birgə, ikili standartlara yol vermədən mübarizə apardığımız zaman bu problemin həllini taparıq. Bu məsələdə ikili standartlara yol verilməməlidir və Avropa ölkələri bundan imtina etməlidir”.

Deputat bildirib ki, Azərbaycanda bir neçə il əvvəl Ermənistan dövləti tərəfindən dəstəklənən terror aktları törədilib. Metrolar, avtobuslar, qatarlar terror aktlarının hədəfi olub. Çoxlu sayda insan həyatını itirib, yaralanıb və əlil olub. Amma bu terror aktlarını planlaşdıranlar, təşkil edənlər Ermənistan dövləti tərəfindən himayə edildi, qorundu və onlar hazırda orada gizlənirlər. Məsələn, bütün dünyada tanınan terrorçu, ASALA terror təşkilatının liderlərindən olan Monte Melkonyan. Bu terrorçu Azərbaycan torpaqlarının işğalında fəal rol oynayıb, öz torpaqlarında azərbaycanlıların qətlə yetirilməsində onun birbaşa əli olub. Amma Ermənistan nə edib?! Ermənistan bu terror liderini “milli qəhrəman” elan edib və ona abidə ucaldıb. Yüzlərlə insanımız, uşaqlarımız Ermənistan tərəfindən dəstəklənən terrorun qurbanı olub, amma təəssüf ki, bizim səsimiz, çağırışlarımız burada, Avropa ölkələrində duyulmayıb və terrorla mübarizədə sizdən yetərli dəstəyi ala bilməmişik. Biz Parisdə, Londonda, Belçikada və ya Avropanın hər hansı bir yerində terror aktı törədiləndə bu terror hadisələrini hər zaman lənətlədik, sizinlə birlikdə üzüldük, terrorla mübarizədə yanınızda olduğumuzu bəyan etdik. Bizə qarşı törədilən terror aktları ilə bağlı da eyni münasibətin Avropa ölkələri tərəfindən ortaya qoyulmasını gözləyirik və bu, bizim haqlı çağırışımız və tələbimizdir.

Q.Paşayeva qeyd edib ki, Avropa Azərbaycana qarşı göstərdiyi ikili standartları Türkiyəyə qarşı da göstərir. Bu gün Türkiyə terror təşkilatlarına qarşı ciddi şəkildə mübarizə aparır. Türkiyə terrorla bu mübarizəni, eyni zamanda, Avropa üçün, bütün insanlıq üçün edir. Türkiyə bu gün terrorla mübarizədə çoxlu şəhidlər verir. Bəs bir çox Avropa ölkələri nə edir?

“Bəzi Avropa ölkələri nəinki terrorla mübarizədə Türkiyəyə dəstək vermir, hətta Türkiyənin mübarizə apardığı terror təşkilatlarına dəstək verənlərə dəstək göstərir. Bu, son dərəcə üzücü, qəbuledilməz vəziyyətdir və buna son qoyulmalıdır. Assambleyamızı və üzv ölkələri terrorla mübarizədə Türkiyəyə daha çox dəstək verməyə çağırırıq. Bu, terrorla mübarizədə çox vacibdir”, - deyə Q. Paşayeva əlavə edib.

 

 

 

 




Baxış sayı: 1 565
Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031