FACT-INFO.AZ » SİYASƏT » Polad Bülbüloğlu: Azərbaycan xalqı torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq
27-06-2017, 12:25 | SİYASƏT
Polad Bülbüloğlu: Azərbaycan xalqı torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq

Bu fikri səfir Polad Bülbüloğlu Azərbaycanın Rusiyadakı səfirliyinin Azərbaycan Ordusunun 99-cu ildönümü münasibətilə təşkil etdiyi təntənəli tədbirdə səsləndirib.

“1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb. Azərbaycan Ordusunun tarixi həmin gündən başlayır. Sovet dövründə C.Naxçıvanski adına hərbi məktəb açılıb, hərbi quruculuğa həmişə böyük diqqət ayrılıb”, - deyə P.Bülbüloğlu bildirib.

Səfir xüsusilə vurğulayıb ki, SSRİ-nin tərkibində olan 15 respublika arasında Azərbaycanın müstəqilliyi ona olduqca baha başa gəlib: həm Qara Yanvar, həm Qarabağ müharibəsi, həm Xocalı faciəsi və bir çox digər hadisələr. Bu səbəbdən də Azərbaycan üçün ölkənin suverenliyini, sərhədlərini qoruya biləcək güclü ordu zəruri idi. Ona görə də belə güclü ordu yaradılıb.

Diplomat qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən, ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra ciddi ordu quruculuğuna başlanılıb. Bu gün isə Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyev ordumuzun möhkəmlənməsinə və texniki təchizatına xüsusi diqqət ayırır. “Azərbaycan Ordusu dünyanın 50 ən qüdrətli ordusu sırasına daxildir. Biz bununla qürur duyuruq”, - deyə səfir vurğulayıb.

Təntənəli tədbirdə Moskvada akkreditə olunmuş xarici ölkələrin səfirliklərinin hərbi attaşeləri iştirak ediblər. P.Bülbüloğlu onlara müraciətlə deyib: “Azərbaycan hərbi təcavüzə məruz qalıb, ərazimizin 20 faizi işğal edilib. Mən bir səfir kimi, sizə demək istəyirəm ki, ölkələrinizə çatdırın ki, Azərbaycan xalqı öz torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq. Əlbəttə, biz bu məsələni dinc yolla həll etmək istəyirik. Lakin necə deyərlər, “Sülh istəyirsənsə, müharibəyə hazır ol”. Bu gün bizim ordumuz Ali Baş Komandanın istənilən əmrini yerinə yetirməyə qadirdir. Lakin Azərbaycan yenə də Dağlıq Qarabağ münaqişəsini dinc yolla həll etmək istəyir”.(Azərtac)

 

 

 




Baxış sayı: 1 462
Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031