FACT-INFO.AZ » SİYASƏT » "Cənubi Qafqazda regional təhlükəsizlik çatışmazlığının kökündə Qarabağ münaqişəsi durur"
23-06-2017, 09:00 | SİYASƏT
"Cənubi Qafqazda regional təhlükəsizlik çatışmazlığının kökündə Qarabağ münaqişəsi durur"

Məlumata görə, bunu Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə keçirilən "Ermənistanın işğalçılıq siyasəti: regionda təhlükəsizlik və humanitar fəlakət" mövzusunda beynəlxalq ictimai forumda "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi" mövzusunda məruzə ilə çıxış edən Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib. Hikmət Hacıyev bildirib ki, atəşkəs münaqişənin sülh yolu ilə həllinə zəmin yaratmalı idi: "Ancaq Ermənistan atəşkəsdən süni amil kimi istifadə edir. Yaranmış vəziyyət səngər müharibəsini, İkinci Dünya Müharibəsini xatırladır. Ermənistanın strategiyası 25 ildə dəyişməyib, torpaqlarımızı işğalda saxlamağa çalışır. Çalışır ki, tərəflərin danışıqları yalnız protokol xarakter daşısın. Azərbaycan substansiv, mahiyyətli danışıqlar aparılmasına çalışır. Son Sankt-Preterburq görüşündə də prezidentlər arasında substansiv danışıqlar aparıldı. İlk növbədə Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxmalıdır". 
XİN mətbuat katibi bildirib ki, Azərbaycan 25 ildə böyük humanitar fəlakətlə üzləşib, 1 milyon qaçqın və məcburi köçkün var: "Status-kvo ilk növbədə hərbi işğal faktına əsaslanır. ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona yenə də səfər etdi. Həmsədrlərin regiona səfərlərinə Azərbaycanda ictimai etiraz var, onlar bundan nəticə çıxarmalıdırlar. Həmsədrlərin fəaliyyətini dəstəkləsək də, yekun olaraq nəticə var. Onların bəyanatında tərəflər substansiv danışıqlara və siyasi iradəyə çağırıldı. Ermənistan tərəfi bunu nəzərə almalıdır. Ermənistan rəsmilərinin son bəyanatları da göstərir ki, Ermənistan konstruktiv mövqe tutmur. Dünən ABŞ Dövlət Departamenti də tərəfli substansiv danışıqlara çağırdı. Helsinki yekun aktında tərəflərin güc tətbiq etməməsi, ərazi bütövlüyü və xalqların müqəddəratını təyin etməsi əksini tapıb. Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdə olması güc təhdiddir. Azərbaycan icması Dağlıq Qarabağa geri qayıtmalıdır. Dağlıq Qarabağın statusu Azərbaycan icmasının geri qayıtmasından sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Ermənistan bunu başa düşməlidir. Azərbaycan ərazi bütövlüyünün pozulması ilə heç vaxt barışmayacaq". (apa)




Baxış sayı: 1 616
Bakı və Abşeronda su sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının icrası davam edir Bu gün, 12:00 Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək Bu gün, 11:30 Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib Bu gün, 11:30 Qazaxıstanlı ekspert: Azərbaycan Avrasiyanın nəqliyyat-enerji qovşağına çevrilir Dünən, 20:30 Şəhid polkovnik Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib Dünən, 20:00 Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib Dünən, 18:30 Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək Dünən, 18:00 Azerbaijan’s mine problem raised in Prague Dünən, 17:30 Görkəmli alim, tanınmış elm və təhsil təşkilatçısı Dünən, 15:30 ABŞ və Almaniya Ukrayna üçün 5000 kamikadze dronunun istehsalına başlayıb Dünən, 09:30 "Parlament diplomatiyası çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır" - Sahibə Qafarova Dünən, 08:30 Praqada Azərbaycanın mina problemi gündəmə gətirilib Dünən, 08:30 Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - BƏYANAT 3-09-2026, 20:00 Tibb işçilərinin əməkhaqlarının artırılması dövlətin sosial siyasətinin növbəti mühüm addımıdır 3-09-2026, 19:30 Bakı Astana ilə Qazaxıstanın enerji resurslarının Azərbaycandan tranzitini müzakirə edib 3-09-2026, 16:30 Ukraynanın xarici işlər naziri müharibənin başa çatdırılması imkanlarından danışıb 3-09-2026, 16:00 Azərbaycanın “orta güc dövləti” kimi yüksəlişi 3-09-2026, 15:30 Xarici media Prezident İlham Əliyevin Beynəlxalq konfransın iştirakçılarına müraciətindəki fikirlərinə geniş yer ayırıb 3-09-2026, 15:00 Aİ sədrliyinə hazırlaşan Litva Azərbaycanla əməkdaşlığı genişləndirmək əzmindədir 3-09-2026, 14:30 “Ölümcül Miras” sənədli filminin təqdimatı olub 3-09-2026, 09:30 Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı keçirilib 3-09-2026, 09:30 G20: Süni intellekt beynəlxalq ticarətdə maneələrin aradan qaldırılmasına kömək edə bilər 3-09-2026, 08:00 Kiberpolis süni intellektlə MİDA-nın adından saxta müqavilələr hazırlayan şəxsləri aşkarlayıb 2-09-2026, 21:00 Tibb sahəsində mühüm islahat 2-09-2026, 21:00 Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib 2-09-2026, 18:30 “Müstəqillik Bəyannaməsi – 35” adlı tədbir keçirilib 2-09-2026, 18:30 “Qərbi Azərbaycana həsr olunan verilişdə zəruri məqamlar müzakirə olunub” 2-09-2026, 18:00 ANAMA humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir 2-09-2026, 10:00 Leyla Abdullayeva Paris meriyasının ittihamlarına cavab verib 2-09-2026, 10:00 Goranboydakı yanğınla bağlı Fövqəladə Hallar, Müdafiə və Daxili İşlər nazirlikləri birgə məlumat yayıb 2-09-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930