XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan-İraq-türkman ədəbi əlaqələrinə həsr olunmuş panel təşkil edilib.
Fact-info.az xəbər verir ki, bu barədə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan məlumat verilib. Bildirilib ki, paneldə Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Kərkük Kültür Dərnəyinin rəhbəri Şəmsəddin Kuzəçi və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Orxan İsayev çıxış ediblər. Çıxışlarda Azərbaycanla İraq türkmanları arasında ortaq dəyərlər, tarixi bağlılıq və ədəbi əlaqələrin genişliyi diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan-İraq-türkman ədəbi əlaqələrinin tarixi qədim dövrlərə, Nizami Gəncəvi və Xaqani Şirvani yaradıcılığına qədər uzanır. Xaqani Şirvaninin “Töhfətül-İraqeyn” və “Mədain xərabələri” əsərlərinin İraqla bağlılığı vurğulanıb. Qeyd edilib ki, XVI əsrin ikinci yarısına qədər İraq coğrafiyasında yaranan anadilli ədəbiyyat Azərbaycan ədəbiyyatının tərkib hissəsi olub. Sonrakı dövrdə ictimai-siyasi hadisələrin təsiri ilə İraq-türkman ədəbiyyatı Azərbaycan ədəbiyyatından ayrılıb. XX əsrin 50-60-cı illərində isə bu ədəbi əlaqələr yenidən bərpa olunub və həmin dövrdən etibarən inkişaf edərək bu günədək davam edir.
Baxış sayı: 60
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
