FACT-INFO.AZ » XƏBƏR » Türkiyə - Azərbaycan arasında mövcud əlaqələrə növbəti töhfə
Bu gün, 11:30 | XƏBƏR
Türkiyə - Azərbaycan arasında mövcud əlaqələrə növbəti töhfə

Bəzən elə görüşlər olur ki, onlar sadəcə insanların qarşılaşması deyil, əsrlərin dərinliklərindən süzülüb gələn talelərin yenidən qovuşması təsiri bağışlayır. Bəzən də elə insanlar olur ki, onları ilk dəfə görməyinə baxmayaraq, sanki uzun illərin dostluğu, qardaşlığı və doğmalığı bir anda qəlbində yuva salır. Məhz Kocaeli TÜM Sanayici ve İş İnsanları Dərnəyinin Rəhbəri Erkan Gül, hörmətli Hüseyin Kurt, Ümit Demirel, Zahir Yıldız, Uğur Gültekin, Cengizhan Ayçiçeği, Nedim Sarı, Sinan Kaya və digər dəyərli qardaşlarımızla görüşümüz də belə unudulmaz anlardan biri oldu.
2026-cı il oktyabrın 23-də onları doğma Azərbaycanımızın paytaxtı - gözəl Bakımızda qarşılamaq bizim üçün sadəcə qonaqpərvərlik nümunəsi deyildi. Çünki Azərbaycan ilə Türkiyə arasındakı münasibətlər dövlətlərarası əlaqələrin sərhədlərinə sığmayan, ortaq tarixə, ortaq kökə, ortaq mədəniyyətə və mənəvi dəyərlərə söykənən müqəddəs qardaşlıq bağının təcəssümüdür. Bu birlik keçmişdən aldığı güclə gələcəyə inamla addımlayan iki qardaş xalqın sarsılmaz iradəsinin ifadəsidir. Ümummilli Lider Heydər Əliyevin söylədiyi və dillər əzbərinə çevrilmiş "Bir millət, iki dövlət!" kəlamı da məhz bu əbədi həqiqətin ən dolğun və ən parlaq ifadəsidir.
Elə buna görə də qardaşlarımızı qonaq kimi deyil, öz yurduna, öz ocağına dönmüş doğmalar kimi qarşıladıq. Çünki onlar yad bir ölkəyə deyil, könüllərin sərhəd tanımadığı doğma Azərbaycana gəlmişdilər. Bakının küçələrində, insanlarımızın səmimiyyətində, dost məclislərində və qurulan hər söhbətdə eyni millətin ruhu, eyni kökün hərarəti hiss olunurdu. Atdıqları hər addımda, eşitdikləri hər sözdə və gördükləri hər təbəssümdə bu doğmalığın nəfəsi yaşayırdı.
Səfər çərçivəsində qardaşlarımız Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyinin Ticarət məsələləri üzrə müşaviri Yaşar Baltaçı, Türk İş Adamları Birliyinin (TÜİB) müdir müavini Nedim Kaya və digər məsul şəxslərlə görüşlər keçirdilər. Bu görüşlər yalnız iqtisadi və işgüzar əlaqələrin inkişafına deyil, eyni zamanda qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edirdi. Burada ortaq keçmişdən güc alan, ortaq gələcəyə istiqamətlənən fikir mübadilələri aparıldı.
Mən bu dəyərli insanları ilk dəfə görürdüm. Onlarla tanışlığım Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri, jurnalist, hörmətli Şamil Sabir oğlunun vasitəsilə baş tutdu. İlk görüşün yaratdığı məsafə hissi cəmi bir neçə dəqiqə ərzində yox oldu. Onların baxışlarında Azərbaycana olan sevgi, söhbətlərində Vətənimizə qarşı duyduqları ehtiram və ürəklərində daşıdıqları səmimiyyət elə bir ab-hava yaratdı ki, sanki illərdir bir-birimizi tanıyır, eyni duyğuları paylaşırdıq.
Azərbaycan haqqında söylədikləri xoş sözlər, xalqımıza bəslədikləri hörmət və ölkəmizin uğurlarına göstərdikləri sevinc qəlblərdə sonsuz qürur hissi oyadırdı. Onlar Azərbaycanın inkişafından, Qarabağ Zəfərindən və regionda qazandığı nüfuzdan böyük fərəhlə danışırdılar. Çünki Azərbaycanın sevinci Türkiyənin sevincidir, Türkiyənin gücü isə Azərbaycanın gücüdür.
Üç gün davam edən bu səfər qısa olsa da, qəlblərdə uzun illərin dostluğunu və doğmalığını yaratmağa kifayət etdi. Ayrılıq anı yaxınlaşdıqca hər kəs anlayırdı ki, bu, vida deyil, növbəti görüşə qədər verilən qısa bir fasilədir. Elə buna görə də qardaşlarımızı Binə hava limanında yola salmağı özümə mənəvi və qardaşlıq borcu bildim. Bu, sadəcə yola salmaq deyildi, qəlbində Azərbaycan sevgisi daşıyan insanlara göstərilən hörmətin, ehtiramın və səmimi bağlılığın ifadəsi idi.
Onlar Azərbaycan sevdalısı olduqlarını yalnız sözləri ilə deyil, davranışları ilə də sübut edirdilər. Onlar baxışlarında -  söhbətlərində və hər münasibətlərində Azərbaycana bəslədikləri sevginin şahidi olurduq. Belə insanlar dövlətlər arasında qurulan rəsmi körpülərdən daha möhkəm mənəvi körpülər yaradırlar. Çünki könüldən gələn qardaşlıq hissi zamanın sınaqlarından keçərək əbədiyyət qazanır.
Bu gün Azərbaycan-Türkiyə qardaşlığı təkcə iki dövlətin əməkdaşlığı deyil, ortaq tarixin və müqəddəs dəyərlərin gələcək nəsillərə ötürülən mənəvi əmanətidir. Çanaqqalanın qəhrəmanlıq ruhundan Şuşanın Zəfər nəğməsinə uzanan yol bu birliyin nə qədər möhkəm və sarsılmaz olduğunu bütün dünyaya nümayiş etdirir.
Bu qardaşlıq sadəcə iki dövlətin dostluğu deyil. Bu, minilliklərin yaddaşından süzülüb gələn ortaq talenin, ortaq vicdanın və ortaq ruhun əbədi təcəssümüdür. Tarixin sərt sınaqlarından keçərək polad kimi möhkəmlənən bu birlik nə xəritələrə sığır, nə də sərhədlərlə məhdudlaşır. Çünki Azərbaycan - Türkiyə qardaşlığı könüllərdə yaşayan, Uca Yaradanın yazdığı tale ilə möhürlənmiş müqəddəs bir bağdır.
Bu bağ, XX əsrin əvvəllərində Bakının xilası zamanı şəhid olmuş "Qafqaz İslam Ordusu"nun əsgərlərinin xatirəsində, Çanaqqalanın qəhrəmanlıq səngərlərində və Qarabağın azadlığı uğrunda canından keçən igidlərin qanında yaşayır. Biz eyni kökdən boy atan iki çinar, eyni ocaqdan alovlanan iki məşəl, eyni ruhun iki ayrılmaz təcəssümüyük. Aramızda məsafələr ola bilər, amma ürəklərimiz arasında heç vaxt ayrılıq ola bilməz.
Şəhidlərimizin pak ruhları millətin yoluna işıq saçır, qazilərimizin qəhrəmanlığı isə Türkün yenilməz ruhunun canlı simvolu kimi yaşayır. Onların fədakarlığı qardaşlığımızın və birliyimizin ən möhkəm təməlidir.
Qoy əsrlər dəyişsin, nəsillər bir-birini əvəz etsin, zaman öz hökmünü versin, amma Azərbaycan-Türkiyə qardaşlığı əbədi yaşasın. Qoy Bakıdan Ankaraya, Şuşadan İstanbula, Gəncədən Kocaeliyə uzanan bu mənəvi körpü hər gün daha da möhkəmlənsin. Qoy dostlarımız bu birliyin qüdrətindən güc alsın, düşmənlərimiz isə bu sarsılmaz iradənin qarşısında aciz qalsınlar.
Uca Tanrı Azərbaycan və Türkiyənin birliyini Qiyamətədək uca tutsun, şəhidlərimizin ruhunu şad eləsin, qazilərimizə sağlam ömür və möhkəm iradə bəxş etsin. Ay-ulduzlu Türkiyə bayrağı ilə üçrəngli Azərbaycan bayrağı daim zəfər səmasında yanaşı dalğalansın.
Çünki biz iki dövlət olsaq da, bir millətik. İki ayrı bayraq altında yaşasaq da, eyni ürəyin döyüntüsü, eyni ruhun nəfəsiyik.
Türkün nuru sönməz, Türkün iradəsi əyilməz, Türkün qardaşlığı sarsılmazdır! Azərbaycan-Türkiyə birliyi keçmişdən gələn miras olmaqla yanaşı, gələcəyə verilmiş müqəddəs bir anddır. Bu and yaşadıqca, bu ruh yaşadıqca və bu bayraqlar dalğalandıqca Türk dünyasının üfüqündə günəş heç vaxt batmayacaqdır!
"Ne mutlu Türküm deyənə!" Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı, yaşasın Türkün sarsılmaz birliyi və əbədi zəfəri! 

Mövsümağa Ədalətoğlu,
AJB-nin üzvü,
yazıçı-publisist.
Bakı, 25.10.2026.




Baxış sayı: 80
Türkiyə - Azərbaycan arasında mövcud əlaqələrə növbəti töhfə Bu gün, 11:30 Türk Dövlətləri Təşkilatı iqtisadi əməkdaşlıq üçün institusional platformadır Bu gün, 10:00 “Euronews” Azərbaycanın AQEM-ə sədrliyi və təşkilatın regional əməkdaşlıqdakı rolu barədə videosüjet hazırlayıb Bu gün, 09:30 Hikmət Babaoğlu: Qubadlının azad edilməsi Laçına və Şuşaya doğru irəliləyişdə mühüm strateji mərhələ oldu Bu gün, 09:30 Fiziki fəallıq diqqəti cəmləmək qabiliyyətini artırır 24-10-2026, 10:00 Tramp: ABŞ İrandan sonra Kuba ilə bağlı addımlar atacaq 24-10-2026, 10:00 XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib 23-10-2026, 21:30 Zeytun Festivalı başlayıb 23-10-2026, 18:30 Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington 23-10-2026, 16:00 В Ханкенди состоялся международный форум «SOCGOV 2026: Цифровой анализ для умного управления» - 23-10-2026, 16:00 Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub 23-10-2026, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər 23-10-2026, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə 23-10-2026, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub 23-10-2026, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma 23-10-2026, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır 23-10-2026, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub 22-10-2026, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub 22-10-2026, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib 22-10-2026, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts 22-10-2026, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür 22-10-2026, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb 22-10-2026, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir 22-10-2026, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub 22-10-2026, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir 22-10-2026, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ 22-10-2026, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031