“Euronews” telekanalı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) fəaliyyəti, Azərbaycanın təşkilata sədrliyi və regional dialoqun praktiki əməkdaşlığa çevrilməsi istiqamətində görülən işlər barədə videosüjet hazırlayıb.
“AQEM üzvləri regional dialoqu konkret fəaliyyətə çevirməyə çalışırlar” başlıqlı süjetdə təşkilatın regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və ortaq çağırışların həllində oynadığı roldan bəhs olunur.
Qeyd edilir ki, 30 ildən artıqdır fəaliyyət göstərən AQEM müxtəlif siyasi və iqtisadi prioritetlərə malik ölkələr arasında mühüm dialoq platforması rolunu oynayır. Hazırda təşkilata üzv olan 28 dövlət regional təhlükəsizlik, iqtisadi inkişaf və yeni çağırışlar istiqamətində əməkdaşlığı gücləndirməyə çalışır.
Videosüjetdə Azərbaycanın 2024-cü ildən başlayan sədrliyi dövründə təşkilatın institusional strukturunun möhkəmləndirilməsinə və əməkdaşlığın daha praktik xarakter almasına xüsusi diqqət yetirildiyi vurğulanır. Bildirilir ki, üzv dövlətlər arasında aparılan müzakirələrdə miqrasiya, iqlim dəyişikliyi və süni intellektlə yanaşı, maliyyə, təhsil və biznes sahələrində əməkdaşlıq məsələləri də əsas yer tutur.
Baxış sayı: 80
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
