FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Xarici elmi mərkəzlərə Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub
6-10-2026, 20:00 | MƏDƏNİYYƏT
Xarici elmi mərkəzlərə Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Azərbaycanın Albaniyadakı səfirliyinin təşkilatçılığı ilə Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixi və mədəni irsinə həsr olunan kitabın təqdimatı keçirilib. Təqdimatın açılış hissəsində Albaniya Elmlər Akademiyasının rəhbərliyi adından akademiyanın elmi katibi, akademik Anila Hoda iştirakçıları salamlayıb.

Fact-info.az xəbər verir ki, Azərbaycanın Albaniyadakı səfiri Anar Hüseynov çıxışında Qafqaz Albaniyasının tarixinin Azərbaycanın tarixi irsinin mühüm hissəsi olduğunu qeyd edib. O bildirib ki, bu mövzunun qədim tarix, mədəniyyət, din, memarlıq və xristian irsi baxımından öyrənilməsi böyük əhəmiyyət daşıyır və Qafqaz Albaniyası ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması Azərbaycan üçün vacib istiqamətlərdən biridir.

Səfir, həmçinin Azərbaycanla Albaniya arasında siyasi, iqtisadi və enerji sahələri ilə yanaşı, elm və mədəniyyət sahələrində də əməkdaşlığın inkişaf etdiyini, belə tədbirlərin iki ölkənin alimləri və tədqiqatçıları arasında əlaqələrin genişlənməsinə xidmət etdiyini vurğulayıb.

Tədbir çərçivəsində tarixçi, Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynovun müəllifi olduğu “Qafqaz Albaniyasının qısa tarixi” kitabının hazırlanması zamanı Qafqaz Albaniyasının dövlətçilik tarixi, onun Azərbaycanın siyasi və mədəni inkişafındakı yeri barədə məlumat verilib. Müəllif Şəkinin Kiş kəndində (kishë sözü alban dilində kilsə mənasını verir) yerləşən qədim Müqəddəs Yelisey kilsəsinin Qafqazda erkən xristian irsinin mühüm nümunələrindən olduğunu qeyd edilib.

O bildirib ki, 1836-cı ildə Rusiya imperatoru I Nikolayın fərmanı ilə Alban katolikosluğunun ləğv olunaraq onun kilsə, torpaq, əmlak və arxivlərinin Eçmiədzin erməni patriarxlığının tabeliyinə verilməsi alban dini və mədəni irsinin taleyində əsas dönüş nöqtələrindən biri olub. Müəllifin fikrincə, bu proses yerli alban əhalisinin deetnikləşməsi və erməniləşdirilməsinə, alban dini-mədəni irsinin isə sonrakı dövrlərdə erməni irsi kimi təqdim edilməsinə şərait yaradıb. Rizvan Hüseynov bəzi abidələrin görünüşü və yazılarında dəyişikliklər aparıldığını bildirib, alban tarixi-mədəni irsinin mənsubiyyətinin ilkin mənbələr və maddi sübutlar əsasında beynəlxalq elmi müstəvidə araşdırılmasının vacibliyini vurğulayıb.

Albaniya Elmlər Akademiyasının Albanologiya şöbəsinin müdiri, akademik Gezim Hoca “Qafqaz Albaniyasının tarixinə baxış” mövzusunda çıxış edərək Rizvan Hüseynovun yeni nəşri əsasında Qafqaz Albaniyasının tarixi və mədəni irsinə dair fikirlərini bildirib.

Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili isə “Qafqaz Alban Apostol Kilsəsi və Azərbaycandakı alban icmasının xristian irsi” mövzusunda təqdimatla çıxış edib. O, Azərbaycanda qorunub saxlanılan Qafqaz Albaniyasına aid xristian irsi, qədim dini abidələr və Alban-Udi icmasının bu irsin yaşadılması istiqamətində fəaliyyəti barədə məlumat verib. Robert Mobili Qafqaz Albaniyasının xristian irsinin Azərbaycanın tarixi-mədəni müxtəlifliyinin mühüm tərkib hissəsi olduğunu diqqətə çatdırıb.

Kitabın təqdimatında Albaniya Elmlər Akademiyasının prezidenti, akademik Skender Gyinuşi də iştirak edib.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, Qafqaz Albaniyasının tarixi və mədəni irsi, habelə Azərbaycan və Albaniya elmi dairələri arasında gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.




Baxış sayı: 140
Bakıda Azərbaycan-İraq-türkman ədəbi əlaqələrinə həsr olunmuş panel təşkil edilib Dünən, 20:30 Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib Dünən, 20:30 Şəhid övladları və qazilər “44” bədii filmini izləyiblər Dünən, 20:30 Professor Nuru Bayramov: “Tarixi zəfərimizə şahid olduq, töhfə verdik” Dünən, 19:30 Azərbaycanda bu il 276 minə yaxın daşınmaz əmlak çıxarışla təmin edilib Dünən, 17:00 QHT-lər üçün növbəti qrant müsabiqəsi elan edilir Dünən, 13:30 Türkiyə - Azərbaycan arasında mövcud əlaqələrə növbəti töhfə Dünən, 11:30 Türk Dövlətləri Təşkilatı iqtisadi əməkdaşlıq üçün institusional platformadır Dünən, 10:00 “Euronews” Azərbaycanın AQEM-ə sədrliyi və təşkilatın regional əməkdaşlıqdakı rolu barədə videosüjet hazırlayıb Dünən, 09:30 Hikmət Babaoğlu: Qubadlının azad edilməsi Laçına və Şuşaya doğru irəliləyişdə mühüm strateji mərhələ oldu Dünən, 09:30 Fiziki fəallıq diqqəti cəmləmək qabiliyyətini artırır 24-10-2026, 10:00 Tramp: ABŞ İrandan sonra Kuba ilə bağlı addımlar atacaq 24-10-2026, 10:00 XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib 23-10-2026, 21:30 Zeytun Festivalı başlayıb 23-10-2026, 18:30 Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington 23-10-2026, 16:00 В Ханкенди состоялся международный форум «SOCGOV 2026: Цифровой анализ для умного управления» - 23-10-2026, 16:00 Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub 23-10-2026, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər 23-10-2026, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə 23-10-2026, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub 23-10-2026, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma 23-10-2026, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır 23-10-2026, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub 22-10-2026, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub 22-10-2026, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib 22-10-2026, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts 22-10-2026, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür 22-10-2026, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb 22-10-2026, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir 22-10-2026, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub 22-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031