FACT-INFO.AZ » SİYASƏT » Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər
6-10-2026, 16:00 | SİYASƏT
Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə “Sonsuz qardaşlıq – V” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilib.

Müdafiə Nazirliyindən Fact-info.az-a verilən məlumata görə, Özbəkistanda təşkil olunan təlimdə hərbi qulluqçularımız ölkəmizi layiqincə təmsil edərək yüksək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdiriblər.

Regionda təhlükəsizliyin, sabitliyin və hərbi əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə keçirilən təlimdə əsas diqqət qardaş ölkələrin xüsusi təyinatlı bölmələri arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılması, birgə əməliyyatların planlaşdırılması və icrası üzrə uyğunluğun artırılmasına yönəldilib.

Plana əsasən, iştirakçılar dağlıq ərazidə və yaşayış məntəqələrində döyüşün aparılması, şərti düşmən arxasına sızma, kəşfiyyat-axtarış tapşırıqlarının icrası, mühüm obyektlərin ələ keçirilməsi, antiterror əməliyyatları zamanı girovların azad edilməsi və strateji obyektlərin mühafizəsi, eləcə də müxtəlif çaplı atıcı silahlardan, snayper tüfənglərindən, xüsusi vasitələrdən gündüz və gecə şəraitində atışlar yerinə yetiriblər.

Təlim rəhbərliyi ilə birlikdə tədbirin yekun mərhələsini izləyən Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-mayor Ələkbər Cahangirov xüsusi təyinatlılarımızın bacarıqlarını və hazırlıq səviyyəsini yüksək qiymətləndirib.

Sonda birgə təlimdə qarşıya qoyulan tapşırıqların icrası zamanı fərqlənən bir qrup hərbi qulluqçu mükafatlandırılıb.

 




Baxış sayı: 110
Bakıda Azərbaycan-İraq-türkman ədəbi əlaqələrinə həsr olunmuş panel təşkil edilib Bu gün, 20:30 Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib Bu gün, 20:30 Şəhid övladları və qazilər “44” bədii filmini izləyiblər Bu gün, 20:30 Professor Nuru Bayramov: “Tarixi zəfərimizə şahid olduq, töhfə verdik” Bu gün, 19:30 QHT-lər üçün növbəti qrant müsabiqəsi elan edilir Bu gün, 13:30 Türkiyə - Azərbaycan arasında mövcud əlaqələrə növbəti töhfə Bu gün, 11:30 Türk Dövlətləri Təşkilatı iqtisadi əməkdaşlıq üçün institusional platformadır Bu gün, 10:00 “Euronews” Azərbaycanın AQEM-ə sədrliyi və təşkilatın regional əməkdaşlıqdakı rolu barədə videosüjet hazırlayıb Bu gün, 09:30 Hikmət Babaoğlu: Qubadlının azad edilməsi Laçına və Şuşaya doğru irəliləyişdə mühüm strateji mərhələ oldu Bu gün, 09:30 Fiziki fəallıq diqqəti cəmləmək qabiliyyətini artırır 24-10-2026, 10:00 Tramp: ABŞ İrandan sonra Kuba ilə bağlı addımlar atacaq 24-10-2026, 10:00 XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib 23-10-2026, 21:30 Zeytun Festivalı başlayıb 23-10-2026, 18:30 Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington 23-10-2026, 16:00 В Ханкенди состоялся международный форум «SOCGOV 2026: Цифровой анализ для умного управления» - 23-10-2026, 16:00 Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub 23-10-2026, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər 23-10-2026, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə 23-10-2026, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub 23-10-2026, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma 23-10-2026, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır 23-10-2026, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub 22-10-2026, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub 22-10-2026, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib 22-10-2026, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts 22-10-2026, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür 22-10-2026, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb 22-10-2026, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir 22-10-2026, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub 22-10-2026, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir 22-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031