FACT-INFO.AZ » MƏDƏNİYYƏT » İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub
6-10-2026, 08:30 | MƏDƏNİYYƏT
İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

2026-cı il “Şəhərsalma və Memarlıq İli” çərçivəsində, həmçinin 5 oktyabr Ümumdünya Memarlıq Günü və Ümumdünya Məskunlaşma Günü münasibətilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilk dəfə olaraq gənc memar, şəhərsalma mütəxəssisləri və dizaynerlər üçün “İrs üçün yarat” müsabiqəsini elan edib.

Qoruq İdarəsindən  Fact-info.az-a bildirilib ki, müsabiqənin məqsədi İlyas Əfəndiyev küçəsi ilə 4-cü M. Maqomayev döngəsinin kəsişməsində yerləşən, uzun illər istifadəsiz qalmış 450 kvadratmetr ərazinin regenerasiyası üçün qədim şəhər toxumasının özünəməxsusluğunu və tarixi-memarlıq irsini qoruyan yaradıcı layihə təkliflərini bir araya gətirməkdir. İştirakçılardan əraziyə yeni həyat qazandıraraq onu İçərişəhərin ruhunu yaşadan, müasir ehtiyaclara cavab verən, canlı və hər kəs üçün əlçatan açıq ictimai məkana çevirəcək funksional və icrası mümkün həllər təqdim etmələri gözlənilir.

Layihələrin hazırlanması zamanı ərazidəki tarixi tikili qalıqlarının və çoxillik ağacların qorunması, onların layihəyə inteqrasiyası, eləcə də ictimai məkanın müxtəlif istifadəçi qrupları üçün əlçatan və rahat olması, layihənin isə real icra oluna bilən olması əsas tələblərdəndir.

Ümumi mükafat fondu 5 min manat olan müsabiqədə 18–30 yaşarası memarlar, şəhərsalma mütəxəssisləri və dizaynerlər fərdi və ya komanda şəklində iştirak edə bilərlər. Münsiflər heyəti tərəfindən anonim və şəffaf qaydada seçiləcək layihələr üzrə I yer üçün 2000, II yer üçün 1500, III yer üçün 1000 manat, ictimai səsvermənin nəticəsi ilə seçiləcək “Sakinlərin seçimi” nominasiyası üçün isə 500 manat mükafat nəzərdə tutulub.

Qeydiyyat onlayn qaydada aparılacaq və iştirakçılara müsabiqə proqramı, şərtlər və əraziyə dair mövcud məlumatlar təqdim ediləcək. Müsabiqədə iştirak pulsuzdur.

Layihələr anonim qaydada, yalnız iştirakçıya verilən fərdi kodla qiymətləndiriləcək. Münsiflər heyəti təklifləri müsabiqənin şərtlərinə uyğunluğu, həmçinin tarixi mühitə uyğunluq, dizayn keyfiyyəti, funksionallıq və istifadə rahatlığı, innovativ yanaşma, icra imkanı və davamlılıq meyarları üzrə dəyərləndirəcək.

Qalib layihə əsasında regenerasiya işləri aparılacağı təqdirdə müəllif ilə əməkdaşlıq nəzərdə tutulub.

“İrs üçün yarat” müsabiqəsi gənc mütəxəssislərə öz yaradıcı yanaşmalarını İçərişəhərin unikal tarixi mühitində təqdim etmək, irslə müasirliyi bir araya gətirən yeni ideyalar irəli sürmək və şəhərin ictimai məkanlarının gələcəyinə töhfə vermək imkanı yaradır.

Qeydiyyatın aparılması və layihələrin təhvili üçün son tarix noyabrın 6-dır.

Müsabiqədə qeydiyyat və layihələrin təqdim edilməsi ilə bağlı ətraflı qaydalar elanın QR kodu vasitəsilə açılan müsabiqə sənədində yer alır.




Baxış sayı: 95
QHT-lər üçün növbəti qrant müsabiqəsi elan edilir Bu gün, 13:30 Türkiyə - Azərbaycan arasında mövcud əlaqələrə növbəti töhfə Bu gün, 11:30 Türk Dövlətləri Təşkilatı iqtisadi əməkdaşlıq üçün institusional platformadır Bu gün, 10:00 “Euronews” Azərbaycanın AQEM-ə sədrliyi və təşkilatın regional əməkdaşlıqdakı rolu barədə videosüjet hazırlayıb Bu gün, 09:30 Hikmət Babaoğlu: Qubadlının azad edilməsi Laçına və Şuşaya doğru irəliləyişdə mühüm strateji mərhələ oldu Bu gün, 09:30 Fiziki fəallıq diqqəti cəmləmək qabiliyyətini artırır 24-10-2026, 10:00 Tramp: ABŞ İrandan sonra Kuba ilə bağlı addımlar atacaq 24-10-2026, 10:00 XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib 23-10-2026, 21:30 Zeytun Festivalı başlayıb 23-10-2026, 18:30 Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington 23-10-2026, 16:00 В Ханкенди состоялся международный форум «SOCGOV 2026: Цифровой анализ для умного управления» - 23-10-2026, 16:00 Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub 23-10-2026, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər 23-10-2026, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə 23-10-2026, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub 23-10-2026, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma 23-10-2026, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır 23-10-2026, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub 22-10-2026, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub 22-10-2026, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib 22-10-2026, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts 22-10-2026, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür 22-10-2026, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb 22-10-2026, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir 22-10-2026, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub 22-10-2026, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir 22-10-2026, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ 22-10-2026, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031