Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir. Berlinin təhlükəsizliyi də Vilnüsdə müdafiə olunur.
Bu fikri Almaniya Kansleri Fridrix Merts Berlində səfərdə olan Litvanın Baş naziri Mindaugas Sinkeviçyus ilə görüşdən sonra mətbuata bəyanatında bildirib.
2027-ci ilin sonunadək Almaniyanın Litvadakı briqadasını tam şəkildə formalaşdıracağını vurğulayan Kansler bildirib: “Bu, Almaniyanın ilk dəfə öz ərazisindən kənarda daimi əsaslarla böyük hərbi birləşmə yerləşdirməsi olacaq. Bu, NATO çərçivəsində həmrəyliyimizi ciddi qəbul etdiyimizi göstərir”.
Ötən həftə NATO-nun Baş katibi Mark Rutte və Niderlandın Baş naziri Rob Yetten ilə Münster şəhərində Almaniya-Niderland Korpusuna baş çəkdiyini xatırladan Kansler bu çərçivədə NATO-nun şərq cinahının, xüsusilə də Baltikyanı regionun təhlükəsizliyinin təmin olunduğunu qeyd edib. “Bu ilin yayından etibarən Baltikyanı ölkələrin təhlükəsizliyinin təmin olunması Münsterdəki Almaniya-Niderland Korpusunun da vəzifələri sırasına daxil edilib”, - deyə Kansler vurğulayıb.
Baxış sayı: 90
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
