Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda ekocoğrafi şəraitin öyrənilməsi istiqamətində tədqiqatlar aparılır.
İnstitutdan Fact-info.az-a bildirilib ki, “Böyük Qafqazın cənub yamacının şərq hissəsi və ona bitişik ərazilərdə ekocoğrafi tədqiqatlar” mövzusu üzrə Şamaxı və İsmayıllı rayonlarına elmi ekspedisiya təşkil olunub. Tədqiqatın əsas məqsədi regionun ekocoğrafi şəraiti öyrənmək, vibrasiya və səs-küy çirklənməsini, hava keyfiyyətinə təsir edən amilləri qiymətləndirmək, həmçinin ekoloji riskləri xəritələndirməkdir.
Ekspedisiya zamanı ərazidə müvafiq müşahidələr aparılıb, geoinformasiya texnologiyaları əsasında hazırlanmış xəritələr çöl şəraitində dəqiqləşdirilib. Çirklənmənin qiymətləndirilməsi məqsədilə müvafiq metodikaya uyğun olaraq torpaq və bitki nümunələri götürülüb.
Hazırda götürülmüş nümunələr müxtəlif parametrlər üzrə analizə hazırlanır. Tədqiqat işləri kameral şəraitdə davam etdirilir.
Baxış sayı: 130
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
