FACT-INFO.AZ » CƏMİYYƏT » Müəllim adının ucalığı
5-10-2026, 12:00 | CƏMİYYƏT
Müəllim adının ucalığı

Tarixin yaddaşına həkk olunan ən böyük xidmətlər insan qəlbinə yol tapan xidmətlərdir. Müəllim bu müqəddəs missiyanın daşıyıcısıdır. O, zamanın sərhədlərini aşaraq sabahı formalaşdıran, xalqın ümidlərini gələcəyə daşıyan mənəvi qüvvədir. Müəllimin əlindəki qələm bəzən bir ordunun gücündən daha qüdrətlidir. Çünki o qələm təkcə söz yazmır, talelər yaradır, şəxsiyyətlər formalaşdırır və millətin inkişafına istiqamət verir. Bu gün qazandığımız hər uğurda, ölkəmizin yüksəlişinə töhfə verən hər layiqli vətəndaşın yetişməsində müəllim zəhmətinin izi vardır.

Bu ali missiyanı şərəflə daşıyan insanlardan biri də Bakı şəhəri Süleyman Sani Axundov adına 172 nömrəli tam orta məktəbin direktoru, hörmətli Vəfa Bağırovadır. Onu 5 Oktyabr - Müəllimlər Günü münasibətilə dərin ehtiramla təbrik edirəm.

Vəfa Bağırovanın səmərəli fəaliyyəti, yüksək təşkilatçılıq bacarığı və məktəbin inkişafına verdiyi töhfələr onun qazandığı nüfuzun əsasını təşkil edir. Onun rəhbərliyi ilə 172 nömrəli məktəb yalnız bilik verilən məkan deyil, milli-mənəvi dəyərlərin, vətənpərvərlik ruhunun və vətəndaş məsuliyyətinin formalaşdığı əsl maarif ocağına çevrilib.

Vəfa Bağırova tədris prosesini idarə etməklə yanaşı, gələcəyimizin memarı olan gənclərin sağlam, düzgün və vətənpərvər ruhda yetişməsi üçün yorulmadan çalışır. Şagirdlərə göstərdiyi qayğı, müəllim əməyinə verdiyi dəyər və təhsilə səmimi münasibəti onun fəaliyyətinin ən bariz göstəricisidir.

Müəllim ömrü illərlə deyil, yetişdirdiyi insanlarla ölçülür. Hər şagird uğuru onun mənəvi zəfəri, hər layiqli vətəndaş zəhmətinin bəhrəsidir. Elə izlər var ki, zaman onları silə bilmir. Müəllimin qəlblərə bəxş etdiyi nur, aşıladığı dəyərlər və Vətən sevgisi də o unudulmaz izlərdəndir. Əsl müəllim yalnız sinif otağında deyil, yetirmələrinin düşüncəsində, davranışında və həyat yolunda yaşayır. Bu mənada müəllim ömrü faniliyin deyil, əbədiyyətin ünvanıdır.

5 Oktyabr - Müəllimlər Günü münasibətilə hörmətli Vəfa Bağırovaya möhkəm cansağlığı, uzun ömür, tükənməz enerji və yeni uğurlar arzulayıram. Müəllim adına sədaqəti, təhsilə və Vətənə xidmət yolundakı fədakarlığı daim yüksək qiymətləndirilsin. Yandırdığı elm və mənəviyyat çırağı heç zaman sönməsin, yetirmələrinin uğurları onun ən böyük qürur mənbəyinə çevrilsin.

Bayramınız mübarək olsun!


Mövsümağa Ədalətoğlu
AJB-nin üzvü 
yazıçı-publisist




Baxış sayı: 150
Fiziki fəallıq diqqəti cəmləmək qabiliyyətini artırır Dünən, 10:00 Tramp: ABŞ İrandan sonra Kuba ilə bağlı addımlar atacaq Dünən, 10:00 XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib 23-10-2026, 21:30 Zeytun Festivalı başlayıb 23-10-2026, 18:30 Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington 23-10-2026, 16:00 В Ханкенди состоялся международный форум «SOCGOV 2026: Цифровой анализ для умного управления» - 23-10-2026, 16:00 Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub 23-10-2026, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər 23-10-2026, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə 23-10-2026, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub 23-10-2026, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma 23-10-2026, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır 23-10-2026, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub 22-10-2026, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub 22-10-2026, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib 22-10-2026, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts 22-10-2026, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür 22-10-2026, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb 22-10-2026, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir 22-10-2026, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub 22-10-2026, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir 22-10-2026, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ 22-10-2026, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031