2022-ci ilin may ayında Azərbaycanda keçirilən “TEXNOFEST” Aviasiya, Kosmonavtika və Texnologiya Festivalı böyük uğur qazandı. Bunu Azərbaycanda “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi olduğumuz üçün xatırlayırıq.
Fact-info.az xəbər verir ki, “TEXNOFEST” Direktorlar Şurasının və T3 Vəqfi Qəyyumlar Şurasının sədri Selçuk Bayraktar Şanlıurfada keçirilən “TEXNOFEST - Cənub-Şərq” festivalının yarış proqramlarında Azərbaycan komandalarının fəal iştirakından danışıb.
S. Bayraktar xatırladıb ki, 97 ölkəni təmsil edən komandalar Şanlıurfada keçirilən festivalda iştirak etmək üçün müraciət edib və bu, artıq 15-ci ilini qeyd edən tədbirin artan populyarlığını nümayiş etdirir.
T3 Vəqfi Qəyyumlar Şurasının sədri müasir Türkiyənin texnologiya və müdafiə sahəsindəki nailiyyətlərinə diqqət çəkib. “Son 20 ildə Türkiyə dünyanın ən böyük hücum PUA-ları istehsalçısına çevrilib”, - deyə o bildirib.
Baxış sayı: 70
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
