FACT-INFO.AZ » CƏMİYYƏT » Zəhmətlə ucalan Əhməd Seyidəhmədov
4-10-2026, 15:00 | CƏMİYYƏT
Zəhmətlə ucalan Əhməd Seyidəhmədov

Əhməd Cəbi oğlu Seyidəhmədov  04 iyun 1942- ci ildə Şamaxı rayonunun  Sündü kəndində anadan olub. Atası Böyük Vətən müharibəsindən qayıtmamış,  anasını da erkən itirmişdir. Nənə və dayı qayğısı ilə böyümüşdür. Doğma kənd məktəbində yeddinci sinfi bitirdikdən sonra təhsilini Ağdaş Kənd Təsərrüfatı texnikumunda davam etdirmişdir. Həmin texnikumu bitirdikdən sonra kənddə briqadir vəzifəsində çalışmışdır. 1962 ci ildə Sündü kənd orta məktəbində istehsalat təlimi üzrə  müəllim işləyib. Pedaqooi fəaliyyətlə yanaşı  ADU-nun (indiki BDU) biologiya fakultəsinə qəbul olmuş və 1971- ci ildə oranı bitirmişdir. 1968- ci ildən 2012-ci ilə kimi doğma kənd məktəbində  kimya-biologiya  müəllimi işləmişdir. Məktəbdə pedaqoji kollektivin və şagirdlərin köməyi ilə kimya-biologiya kabineti yaratmışdır. Üç dəfə respublika baxış müsabiqəsində qalib olmuşdur. Qabaqcıl iş təcrübəsi  respublikanin  məktəblərində yayılmışdır.  

Azərbaycan  müəllimlərinin  VII -VIII- XII qurultaylarının  nümayəndəsi olmuşdur. Respublikada ilk dəfə 1991-ci ildə keçirilən , həm də Heydər Əliyevin anadan olmasının 75  illiyinə həsr   olunmuş  “İlin ən yaxşı müəllimi “ müsabiqəsinin qalibi olmuşdur. 2010 cu ildə “Ümumtəhsil  məktəblərində   biologiyanin tədrisi keyfiyyətinin yüksəldilməsində əyani vasitəlrin istifadənin  imkan  və yollari “ mövzusunda  dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək  pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Kəndin və rayonun ictimai işlərində də fəal iştirak  edir. Əhməd müəllimin “Bir ömrün səciyyəsi “ kitabı oxucuların ixtiyarindadır. Pedaqoji fəaliyyətinə görə dövlətimiz tərəfindən həmişə öz layiqli qiymətini almışdır. Aldığı fərmanlar, döş nişanları, diplomlar, müsabiqələrin qalibləri kimi titullar və onun haqqında çəkilmiş “ Mən səni sevirəm müəllim ” adlı sənədli filmi ayrıca bir mövzunu əhatə edir.

Bu əməkdar müəllimin pedaqoji fəaliyyəti həmişə diqqət mərkəzindıə olmuşdur.Beynəlxalq Ahıllar Günüvə eləcə də Beynəlxalq Müəllimlər Günü ərəfəsində Millət vəkili Şahin Seyidzadə, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Qönçə Hacıyeva , Qobustan Rayon İcra Hakimiyyətinin Başçısının müavini Təranə Güləliyeva Dağlıq Şirvan Regional İdarəsinin müavini Rahim Novruzov , Qobustan Rayon Təhsil Sektorunun müdiri Anar Osmanov , Elm Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Qobustan Rayon Komitəsinin sədri Mahir Soltan və Qobustan Rayon İcra Hakimiyyəti Başçısının Sündi kənd inzibati dairəsi üzrə nümayəndəsi Fədai Balaqardaşov Əhməd müəllimin evində oldular və onu bu əlamətdar günlər münasibətilə təbrik etdilər. Millət vəkili Şahin Seyidzadə , Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Qönçə Hacıyeva çıxışlarında müəllimin əməyinə yüksək qiymət verdilər, ona sağlam uzun ömür arzuladılar.

Əhməd müəllim də çıxışında bildirdi ki, əməyimə dövlətimiz tərəfindən yüksək qiymət verilib. Rayon rəhbərliyi tərəfindən də diqqət və qayğı görmüşəm. Əməyimə verilən yüksək qiymətə və qayğıya görə Hörmətli Prezidentimiz İlham Əliyevə öz minnətdarlığımı bildirirəm. 

Qonaqlar tərəfindən Əhməd müəllimə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olundu. Əhməd müəllim də öz növbəsində bu əlamətdar günlərdə ona göstərilən diqqətə görə ailəsi adından qonaqlara təşəkkürünü bildirdi.

 

     Məhəmməd Bayramov
 Azərbaycan Jurnalistlər Birliyinin üzvü






Baxış sayı: 890
Fiziki fəallıq diqqəti cəmləmək qabiliyyətini artırır Bu gün, 10:00 Tramp: ABŞ İrandan sonra Kuba ilə bağlı addımlar atacaq Bu gün, 10:00 XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib Dünən, 21:30 Zeytun Festivalı başlayıb Dünən, 18:30 Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington Dünən, 16:00 В Ханкенди состоялся международный форум «SOCGOV 2026: Цифровой анализ для умного управления» - Dünən, 16:00 Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Dünən, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Dünən, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Dünən, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Dünən, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Dünən, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Dünən, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub 22-10-2026, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub 22-10-2026, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib 22-10-2026, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts 22-10-2026, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür 22-10-2026, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb 22-10-2026, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir 22-10-2026, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub 22-10-2026, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir 22-10-2026, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ 22-10-2026, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031