FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib
4-10-2026, 09:30 | MƏDƏNİYYƏT
Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib

Oktyabrın 3-də Tbilisidə paytaxtın ən böyük və rəngarəng xalq bayramı – “Tbilisoba” (Tbilisinin şəhər günü) qeyd olunub.

Fact-info,az AZƏRTAC -a istinadən xəbər verir ki, ilk dəfə 1979-cu ildə keçirilən bu bayram hər il oktyabrın ilk həftəsonunda (məhsul yığımı başa çatdıqdan sonra) təşkil edilir. Tədbirin əsas məqsədi paytaxtın tarixini, mədəniyyətini təbliğ etmək və Gürcüstanın regionlarını tanıtmaqdır.

İki gün davam edəcək bayram günlərində şəhərin mərkəzi küçə və meydanlarında incəsənət ustalarının, rəqs ansambllarının çıxışları, teatr tamaşaları, əl işləri yarmarkaları, eləcə də şərab, bal, çurçxela və ənənəvi şirniyyatların dequstasiyası təşkil olunur. Tədbirə müxtəlif bölgələrdən qatılan fermerlər öz məhsullarını sərgiləyirlər. Tbilisoba, həmçinin "Tbilisinin fəxri vətəndaşı" adının təqdimolunma mərasimi ilə yadda qalır.

Ənənəvi xalq bayramında Gürcüstanda yaşayan soydaşlarımız da fəal iştirak edirlər. Bayram çərçivəsində paytaxtın Abanotubani küçəsində "Gürcüstanın Aktiv Azərbaycanlı Qadınlar Assosiasiyası" və M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycan guşəsi açılıb. Guşədə milli mədəniyyət nümunələrimiz, mətbəximizin dadlı təamları – paxlava, şəkərbura, şorqoğalı, plov, dolma, həmçinin isti sac üstündə bişirilən qutablar nümayiş olunub. Qonaqlar zəngin mətbəx nümunələrindən dadıb, ətirli Azərbaycan çayına qonaq ediliblər.

Tbilisi Meriyasının və bələdiyyəsinin nümayəndələri Azərbaycan guşəsini ziyarət edərək milli təamlarımızla tanış olublar.

Gürcüstanın Aktiv Azərbaycanlı Qadınlar Assosiasiyasının sədri Gültəkin Mustafayeva qonaqlara xatirə hədiyyələri təqdim edib.

Bayram tədbirində "Ceyran" Azərbaycan rəqs ansamblının üzvləri çıxış ediblər. Onların ifasında təqdim olunan "Uzundərə" və "Sarı gəlin" rəqsləri tədbir iştirakçıları tərəfindən hərarətlə qarşılanıb.




Baxış sayı: 90
Fiziki fəallıq diqqəti cəmləmək qabiliyyətini artırır Bu gün, 10:00 Tramp: ABŞ İrandan sonra Kuba ilə bağlı addımlar atacaq Bu gün, 10:00 XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib Dünən, 21:30 Zeytun Festivalı başlayıb Dünən, 18:30 Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington Dünən, 16:00 В Ханкенди состоялся международный форум «SOCGOV 2026: Цифровой анализ для умного управления» - Dünən, 16:00 Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Dünən, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Dünən, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Dünən, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Dünən, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Dünən, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Dünən, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub 22-10-2026, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub 22-10-2026, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib 22-10-2026, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts 22-10-2026, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür 22-10-2026, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb 22-10-2026, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir 22-10-2026, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub 22-10-2026, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir 22-10-2026, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ 22-10-2026, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031