FACT-INFO.AZ » SİYASƏT » Kubanıçbek Ömüraliyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır
3-10-2026, 15:00 | SİYASƏT
Kubanıçbek Ömüraliyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

Bu əlamətdar 3 Oktyabr – Türk Dövlətləri Əməkdaşlıq Günündə Təşkilatımızın institusional əsaslarını qoyan və Türk dövlətlərinin öz gələcəklərini birlikdə qurmaq istiqamətindəki ortaq arzusuna konkret ifadə qazandıran tarixi sənəd – Naxçıvan Sazişinin imzalanmasının 17-ci ildönümünü qürurla qeyd edirik. On yeddi il əvvəl ölkələrimiz sadə, lakin güclü bir inam ətrafında bir araya gəldilər: ortaq tarix, dil, mədəniyyət və qardaşlıq bağlarının strukturlaşdırılan, praktiki və gələcəyə yönəlmiş əməkdaşlığa çevrilməsi. Bu gün qət etdiyimiz yola qürurla nəzər sala bilərik.

Fact-info.az AZƏRTAC -a istinadən xəbər verir ki, bu ifadələr Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyevin 3 Oktyabr - Türk Dövlətlərinin Əməkdaşlıq Günü ilə bağlı açıqlamasında yer alıb.

Türk Dövlətləri Təşkilatı hərtərəfli və getdikcə daha çox fəaliyyətyönümlü beynəlxalq təşkilata çevrildiyini qeyd edən Baş katib deyib: “Bu gün əməkdaşlığımız siyasi dialoq, iqtisadiyyat, ticarət, nəqliyyat və enerjidən rəqəmsallaşma, süni intellekt, səhiyyə, ətraf mühit, təhsil, gənclər, təhlükəsizlik və kosmik texnologiyalara qədər uzanan 64 mexanizmi əhatə edir. Bu institusional genişləmənin tempi xüsusilə son illərdə diqqətəlayiqdir. Təkcə 2023-cü ildən etibarən 32 yeni əməkdaşlıq mexanizmi yaradılıb ki, bu da 2022-ci ilin sonunadək əvvəlki illər ərzində yaradılmış mexanizmlərin ümumi sayına bərabərdir. Bu mexanizmlər fəlakət və fövqəladə halların idarə edilməsi, ədliyyə və daxili işlər, ətraf mühit və ekologiya, sənaye, elm, innovasiya və texnologiya, müdafiə sənayesi, mərkəzi banklar, yaşıl maliyyə, maliyyə kəşfiyyatı, əqli mülkiyyət, əmək və sosial təminat, vergitutma, məhkəmə ekspertizası, metrologiya, analitik mərkəzlər, eləcə də texnoparklar və innovasiya agentlikləri daxil olmaqla əməkdaşlığımızın mühüm yeni istiqamətlərini açıb. Bu genişlənmə yalnız rəqəmlər baxımından əhəmiyyətli deyil. Bu, TDT-nin daha strateji, ixtisaslaşmış və operativ əməkdaşlıq sahələrinə keçdiyini, getdikcə daha müxtəlif milli qurumları Təşkilatın çərçivəsinə cəlb etdiyini nümayiş etdirir”.

Ömüraliyev qeyd edib ki, bununla belə, TDT-nin transformasiyasını yalnız artan görüşlərin, mexanizmlərin və ya əməkdaşlıq sahələrinin sayı ilə ölçmək olmaz. Eyni dərəcədə mühüm olan Türk Dövlətlərinin birlikdə fəaliyyət göstərmək və daha geniş beynəlxalq ictimaiyyətlə qarşılıqlı əlaqə qurmaq istiqamətində artan inamıdır.

“Siyasi məsləhətləşmələrimiz daha məzmunlu xarakter alıb, institusional şəbəkələrimiz daha da güclənib, beynəlxalq təşkilatlar və xarici tərəfdaşlarla qarşılıqlı əlaqələrimiz davamlı şəkildə genişlənib. Eyni zamanda, TDT beynəlxalq aləmdə daha güclü mövqe qazanıb. Beynəlxalq və regional təşkilatlar, üçüncü ölkələr və digər tərəfdaşlarla qarşılıqlı əlaqələrimiz davamlı şəkildə genişləyib, Türk Dünyasının beynəlxalq arenadakı səsi və görünürlüğü isə getdikcə daha qabarıq olub”, - deyə o vurğulayıb.

Qeyd edilib ki, bu gün ölkələrimiz və xalqlarımız birlikdə fəaliyyət göstərdiyimiz zaman malik olduğumuz potensialı əhəmiyyətini daha yaxşı başa düşürlər. Biz daha aydın şəkildə anlayırıq ki, əməkdaşlıq hər birimizin gücünü artırır və bizi birləşdirən tarixi və mədəni bağlar yalnız keçmişin mirası deyil, həm də ortaq gələcəyimizi qurmaq üçün güclü təməldir.

“Türk Dünyası 2040 baxışı bizə uzunmüddətli istiqamətimizi müəyyən edir. Qarşıdakı illərdə vəzifəmiz bu baxışl daha qətiyyətli şəkildə həyata keçirməyə çevirmək – iqtisadi əlaqələri dərinləşdirmək, texnoloji transformasiyanı qəbul etmək, cəmiyyətlərimizin dayanıqlılığını və rifahını gücləndirmək, gənc nəsillərimizə investisiya qoymaq və əməkdaşlığımızın vətəndaşlarımızın görə və hiss edə biləcəyi nəticələr verməsini təmin etməkdir. Eyni zamanda, öz aramızdakı əməkdaşlığımız gücləndikcə, daha geniş dünya ilə qarşılıqlı əlaqələrimiz də güclənməlidir.

Bu gün TDT daha möhkəm təməllər üzərində dayanır. Onun institutları daha yetkin, əməkdaşlığı daha dərin, tərəfdaşlıqları daha geniş və beynəlxalq mövcudluğu daha görünəndir. Ən başlıcası isə dövlətlərimizin və xalqlarımızın bu yolu birlikdə davam etdirmək əzmi daha güclüdür”, - deyə Kubanıçbek Ömüraliyev əlavə edib.




Baxış sayı: 115
XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib Dünən, 21:30 Zeytun Festivalı başlayıb Dünən, 18:30 Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington Dünən, 16:00 В Ханкенди состоялся международный форум «SOCGOV 2026: Цифровой анализ для умного управления» - Dünən, 16:00 Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Dünən, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Dünən, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Dünən, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Dünən, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Dünən, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Dünən, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub 22-10-2026, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub 22-10-2026, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib 22-10-2026, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts 22-10-2026, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür 22-10-2026, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb 22-10-2026, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir 22-10-2026, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub 22-10-2026, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir 22-10-2026, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ 22-10-2026, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031