FACT-INFO.AZ » SİYASƏT » Ermənistanın sülhpərvərliyi şübhə doğurur
15-09-2026, 17:00 | SİYASƏT
Ermənistanın sülhpərvərliyi şübhə doğurur
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri Ermənistanda ajiotaj yaradan bir hadisə olub. Bu səfərin İrəvanda yaratdığı isterik reaksiya ilk növbədə onu göstərir ki, sülh haqqında danışılanların hamısı Ermənistan cəmiyyətində və bəzi siyasi dairələrində heç də birmənalı qarşılanmır.
Bu səfər ölkəmizdə akreditasiya olunmuş diplomatik korpusun bölgəyə ilk səfəri deyil və aydın məsələdir ki, son səfəri də deyil. Bu səfərlər informativ xarakter daşımaqla yanaşı həm də Azərbaycanın ərazi bütövlüyünün bütün dövlətlər tərəfindən tanındığını və dəstəkləndiyini göstərir. Qarabağ Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış suveren ərazisidir və oralara kimin və nə üçün gedib – getməyəcəyi Azərbaycanın daxili işidir. Bu halda cəmiyyətdəki statusundan asılı olmayaraq hər hansı bir erməninin bu səfərə münasibət bildirməsi və hətta bunun hansısa bir şəkildə Ermənistana dəxli olması barədə narahtlıq ifadə olunması Azərbaycanın daxili işlərinə kobud müdaxilə olmaqla yanaşı, həm də Ermənistanın sülh danışıqlarından irəli gələn öhdəlikləri ilə ziddiyyət təşkil edir.
Belə görünür ki, İrəvanda yaşayanlar hələ də tarixin saxtalaşdırılması istiqamətində addımlar atmaq, gələcəkdə hansısa iddialar irəli sürmək üçün indidən "arxiv materialları" toplamağa çalışırlar. Erməni alimləri heç zaman öz tarixlərini tədqiq etməyiblər, onlar həmişə özlərinə saxta tarix uydurmağa cəhd göstəriblər. Onların "elmi" qənaətlərinə inansaq belə çıxır ki, onlar Yer kürəsinin hər bir bölgəsində və hamıdan əvvəl mövcud olublar. Bu mənada Qarabağ da onlar üçün istisna deyil. Ermənistan xalqımızın əsrlərlə yaşadığı Qarabağ torpaqlarında məscidləri, qəbiristanlıqları, tarixi yaşayış məntəqələrini və digər mədəni irsi sistemli şəkildə dağıdıblar. Erməni tarixçiləri Gəncəsər və Xudavəng kimi abidələri yalnız erməni irsi kimi təqdim etməyə çalışır, amma indiki Ermənistan ərazisində mövcud olmuş Azərbaycan tarixi-mədəni irsini tamamilə inkar edirlər. Belə təsəvvür yaradılır ki, guya Qarabağda tarixən yalnız ermənilər yaşayıb, ancaq Ermənistan ərazisində heç vaxt azərbaycanlı olmayıb. Məqsəd təkcə daşları yox etmək deyil, Azərbaycan xalqının həmin torpaqlardakı izlərini silməkdir. Qafqaz Albaniyası irsinə münasibət də bu siyasətin davamıdır. Dünya tarixşünaslığı Qafqaz Albaniyasının Azərbaycan ərazisində mövcudluğunu qəbul etdiyi halda, Ermənistan cəmiyyətində bu irsin inkar edilməsi faktiki olaraq tarixi həqiqətlərə qarşı dözümsüzlükdür. Bu isə beynəlxalq hüququn, o cümlədən 1954-cü il Haaqa Konvensiyasının və UNESCO prinsiplərinin kobud şəkildə pozulması deməkdir.
Azərbaycan beynəlxalq konvensiyalara əsasən hansı tarixi sivilizasiyaya mənsub olmasından asılı olmayaraq öz ərazisində yerləşən bütün tarixi və mədəni-dini abidələri dövlət səviyyəsində qoruyur. Erməni alimləri və siyasətçiləri isə özlərinin real tarixini öyrənmək və ona sahib çıxmaq əvəzinə özgələrinə məxsus tarixi-mədəni irsi özününküləşdirməklə tarixi saxtalaşdırmaq yolunu seçiblər. Ona görə də vaxtaşırı olaraq öz "qədimliklərini" və guya bir zamanlar az qala bütün dünyaya sahib olduqları haqda cəfəng bir mülahizəni öz cəmiyyətlərinə sırımağa və beyinləri yumağa davam edirlər. Belə bir yanaşma tarixin tədqiqi deyil, siyasi məqsədlə formalaşdırılan rasizm göstəricisidir.
Təəssüf doğuran başqa bir amil ondan iibarətdir ki, bəzi hallarda radikal və revanşist müxalifət tərəfindən irəli sürülən cəfəng mülahizələr hakimiyyət sahiblərinin də şüuruna yol tapır. Ermənistanın hökümət başçısı Paşinyanın "Real Ermənistan" ideyasına xəyanət edənlər vaxtaşırı revanşist dalğaya qoşulmaqla onları ruhlandırırlar.
Bu baxımdan Ermənistan parlamentinin sədri Ruben Rubinyanın 12–13 sentyabr 2022-ci il hadisələri ilə bağlı açıqlamaları və bu hadisələrin səbəbkarı olmuş təxribatçı millətçilərin xatirəsinin anılması məhz cəmiyyətə ötürülən mənfi siqnal kimi qiymətləndirilə bilər. Bu cür addımlar sülh prosesini sürətləndirmək əvəzinə, Ermənistan cəmiyyətində revanşist meyilləri daha da gücləndirməyə xidmət edir. Bu isə haqlı olaraq rəsmi İrəvanın sülh prosesindəki səmimiyyətinə şübhə doğurmaya bilməz.
Bu gün Qarabağ bölgəsinə diplomatik səfərə qarşı aparılan kampaniyanın koordinasiyalı olması barədə şübhələr erməni siyasətində sülh ritorikası ilə revanşist siyasətin paralel şəkildə mövcudluğunu göstərir.
Erməni cəmiyyəti anlamalıdır ki, Qarabağ və Şərqi Zəngəzur artıq mübahisə mövzusu deyil. Bu torpaqlar Azərbaycanın suveren idarəçiliyi altında yenidən qurulur və bölgəyə səfər edən diplomatlar yeni reallığı öz gözləri ilə yerində görürlər. Azərbaycanın Qarabağ bölgəsi də daxil olmaqla bütün əraziləri üzərində suverenliyi tarixi faktdır və heç kim və heç vaxt onu inkar etməyə nail olmayıb. Suverenliyimiz isə müzakirə mövzusu deyil, beynəlxalq hüququn təsdiq etdiyi dəyişməz reallıqdır.
Cavanşir Feyziyev
Milli Məclisin deputatı
15 sentyabr 2026-cı il
Baxış sayı: 170
Professor Nuru Bayramov: “Tarixi zəfərimizə şahid olduq, töhfə verdik”
Bu gün, 19:30
QHT-lər üçün növbəti qrant müsabiqəsi elan edilir
Bu gün, 13:30
Türkiyə - Azərbaycan arasında mövcud əlaqələrə növbəti töhfə
Bu gün, 11:30
Türk Dövlətləri Təşkilatı iqtisadi əməkdaşlıq üçün institusional platformadır
Bu gün, 10:00
“Euronews” Azərbaycanın AQEM-ə sədrliyi və təşkilatın regional əməkdaşlıqdakı rolu barədə videosüjet hazırlayıb
Bu gün, 09:30
Hikmət Babaoğlu: Qubadlının azad edilməsi Laçına və Şuşaya doğru irəliləyişdə mühüm strateji mərhələ oldu
Bu gün, 09:30
Fiziki fəallıq diqqəti cəmləmək qabiliyyətini artırır
24-10-2026, 10:00
Tramp: ABŞ İrandan sonra Kuba ilə bağlı addımlar atacaq
24-10-2026, 10:00
XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib
23-10-2026, 21:30
Zeytun Festivalı başlayıb
23-10-2026, 18:30
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
23-10-2026, 16:00
В Ханкенди состоялся международный форум «SOCGOV 2026: Цифровой анализ для умного управления» -
23-10-2026, 16:00
Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub
23-10-2026, 14:00
Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər
23-10-2026, 14:00
Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə
23-10-2026, 13:30
Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub
23-10-2026, 10:00
Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma
23-10-2026, 10:00
Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır
23-10-2026, 09:00
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub
22-10-2026, 20:00
"Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub
22-10-2026, 19:00
Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib
22-10-2026, 19:00
Azerbaijan calls for international support in humanitarian demining efforts
22-10-2026, 18:30
Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür
22-10-2026, 18:00
Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb
22-10-2026, 15:30
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir
22-10-2026, 11:00
Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub
22-10-2026, 10:30
Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir
22-10-2026, 08:30
NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ
22-10-2026, 08:00
Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb
21-10-2026, 20:30
Ərdoğan prezident İlham Əliyevə zəng edib
21-10-2026, 20:00
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
