FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib
14-09-2026, 20:30 | MƏDƏNİYYƏT
Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib

Şamaxıda böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib.

Tədbir Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.

Konfransda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, AMEA-nın prezidenti İsa Həbibbəyli, mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyat siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru, dosent Mehman Həsənli, institutun Ortaq başlanğıc və intibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İmamverdi Həmidov, Ədəbiyyat İnstitutunun elmi işçiləri, filologiya üzrə fəlsəfə doktorları Zəhra Allahverdiyeva və Elnarə Zeynalova, təhsil və mədəniyyət işçiləri, müəllimlər, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxışlarda Xaqani Şirvaninin həyat və yaradıcılığından geniş bəhs olunub, Prezident İlham Əliyevin müvafiq Sərəncamının əhəmiyyəti qeyd edilib. Xaqani irsinin öyrənilməsi, qorunması və gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb. Həmçinin dahi şairin Azərbaycan ədəbiyyatının zənginləşməsində xidmətlərindən, böyük ədəbi irsindən və yaradıcılığının əsas xüsusiyyətlərindən danışılıb.

Xaqani Şirvaninin ədəbiyyatımızda özünəməxsus və mühüm mövqeyə malik olduğu bildirilib, onun yaradıcılığının ədəbi-bədii və fəlsəfi əhəmiyyəti diqqətə çatdırılıb.

Konfransda Xaqani Şirvaninin yaradıcılığı ilə bağlı elmi məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.




Baxış sayı: 130
Fiziki fəallıq diqqəti cəmləmək qabiliyyətini artırır Dünən, 10:00 Tramp: ABŞ İrandan sonra Kuba ilə bağlı addımlar atacaq Dünən, 10:00 XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib 23-10-2026, 21:30 Zeytun Festivalı başlayıb 23-10-2026, 18:30 Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington 23-10-2026, 16:00 В Ханкенди состоялся международный форум «SOCGOV 2026: Цифровой анализ для умного управления» - 23-10-2026, 16:00 Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub 23-10-2026, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər 23-10-2026, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə 23-10-2026, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub 23-10-2026, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma 23-10-2026, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır 23-10-2026, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub 22-10-2026, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub 22-10-2026, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib 22-10-2026, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts 22-10-2026, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür 22-10-2026, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb 22-10-2026, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir 22-10-2026, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub 22-10-2026, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir 22-10-2026, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ 22-10-2026, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031