FACT-INFO.AZ » QHT » “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirilib
14-09-2026, 20:00 | QHT
“İstiqlal söhbətləri” kitabının təqdimatı keçirilib

Mətbuat Şurasında Əməkdar jurnalist, Real TV-nin rəhbəri Mirşahin Ağayevin Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı Şirməmməd Hüseynovla müsahibələrinin yer aldığı “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirilib.

Fact-info.az APA-ya istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid bildirib ki, yeni çapdan çıxmış nəşrdə Mirşahin Ağayevin müxtəlif illərdə Şirməmməd Hüseynovla həm ANS TV-də, həm də Real TV-dəki müsahibələrinin, həmçinin Yutubdakı səs yazılarının mətni toplanıb.

O bildirib ki, bütün bu işlər AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı Rəşid Kərimli tərəfindən başa çatdırılıb, müsahibələri Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Qulu Məhərrəmli və Şəki Pedaqoji Kollecinin müəllimi Ramiz Orsər redaktə edib.

Rəşad Məcid onu da bildirib ki, Şirməmməd Hüseynov dünyasını dəyişməsindən sonra həyat yoldaşı Ülkər Hüseynova tərəfindən ustadın bir sıra kitabları nəşr olunub: “İstiqlal söhbətləri” də onlardan biridir. Kitabı məxsusi edən isə Mirşahin Ağayevin mahir jurnalist sənətkarlığıdır. Ona görə də bugünkü təqdimatı həm də onun ilk kitabının təqdimatı kimi də dəyərləndirmək mümkündür".

Real TV-nin rəhbəri Mirşahin Ağayev çıxışında nəşrin ərsəyə gəlməsində Ülkər Hüseynovanın rolunu xüsusi vurğulayıb, ona təşəkkürünü çatdırıb. O, Şirməmməd Hüseynovun “tarix dünənin jurnalistikası, jurnalistika bu günün tarixidir” fikirlərinə söykəndiyini bildirib, “İstiqlal söhbətləri”nin Azərbaycan tarixinin tədqiqi baxımından müstəsna əhəmiyyətinə diqqət çəkib. Mirşahin Ağayev, həmçinin Şirməmməd Hüseynov yaradıcılığının xalq, dövlət naminə dərin məsuliyyət hissi olduğunu vurğulayıb və bu məqamın müsahibələrdən duyulduğunu da bildirərək, nəşrin hər bir azərbaycanlının stolüstü kitabı olması zərurətini əsaslandırıb.

Çıxış edənlərdən “İstiqlal söhbətləri” kitabının redaktorları - Şəki Pedaqoji Kollecinin müəllimi Ramiz Orsər və MŞ İdarə Heyətinin üzvü, BDU-nun Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli, həmin fakültənin professoru Cahangir Məmmədli, MŞ İdarə Heyətinin üzvü, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, əməkdar jurnalist Flora Xəlilzadə, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi, MŞ İdarə Heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, MŞ İdarə Heyətinin üzvü, Modern Media Qrupunun rəhbəri Elşad Eyvazlı, BDU-nun Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının müəllimi Samir Xalidoğlu, BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının professoru Allahverdi Məmmədli, BDU-nun Milli mətbuat tarixi kafedrasının dosenti Aygül Əzimova və başqaları təqdimatı keçirilən nəşri Şirməmməd Hüseynovun ruhuna ehtiramın növbəti bariz nümunəsi kimi dəyərləndiriblər. Onlar, həmçinin, Şirməmməd Hüseynov yaradıcılığının dövlətçilik amallarına xidmət ruhunda qurulduğunu bildirərək, “İstiqlal söhbətləri”ndə toplanmış materialların və müsahibələrin bu baxımdan yüksək əhəmiyyətini önə çəkərək, kitabı həm Azərbaycan tarixi, həm də mətbuat tariximiz üçün vacib edən məqamlara nəzər salıb, ustadla bağlı xatirələrini bölüşüblər.

Sonda çıxış edən Şirməmməd Hüseynovun həyat yoldaşı Ülkər Hüseynova toplantı iştirakçılarına təşəkkürünü bildirib.




Baxış sayı: 100
Fiziki fəallıq diqqəti cəmləmək qabiliyyətini artırır Dünən, 10:00 Tramp: ABŞ İrandan sonra Kuba ilə bağlı addımlar atacaq Dünən, 10:00 XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib 23-10-2026, 21:30 Zeytun Festivalı başlayıb 23-10-2026, 18:30 Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington 23-10-2026, 16:00 В Ханкенди состоялся международный форум «SOCGOV 2026: Цифровой анализ для умного управления» - 23-10-2026, 16:00 Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub 23-10-2026, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər 23-10-2026, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə 23-10-2026, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub 23-10-2026, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma 23-10-2026, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır 23-10-2026, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub 22-10-2026, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub 22-10-2026, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib 22-10-2026, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts 22-10-2026, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür 22-10-2026, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb 22-10-2026, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir 22-10-2026, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub 22-10-2026, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir 22-10-2026, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ 22-10-2026, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031