FACT-INFO.AZ » AKTUAL » Maqadan həbsxanalarında qalan acı talelər
14-09-2026, 14:00 | AKTUAL
Maqadan həbsxanalarında qalan acı talelər
Repressiya tarixini araşdıran zaman insan çöhrəsinə təbəssüm gətirən hadisələr, rənglər tapmaq olmur. Elə bil insan ağrıları toz basmış kağızlarda, boz və qara rənglərdə təcəssüm edir. Bu dəfə Maqadan və ora sürgün edilmiş azərbaycanlıların bəziləri haqqında söhbət açmaq istərdim.
Maqadan həbs düşərgələri 1931-ci ildə SSRİ rəhbərliyinin qərarı ilə yaradılıb. Həmin məkan sıradan olan bir coğrafi ərazi olmayıb. Maqadan totalitar sovet rejiminin açıq və gizli şəkildə simasını nümayiş etdirən həbsxanalardan biri olub.
Maqadana -ölüm düşərgəsinə bir çox xalqlar kimi, xeyli sayda bizim soydaşlarımız da sürgün edilmişdi. Dünyanın ən soyuq, bütün mənalarda cəhənnəmi xatırladan məkanı məhbusun son dayanacağı idi. Məlumatlara görə, orada bəzi dustaqlar çox qısa müddətdə soyuqdan, ağır şəraitdən dünyalarını dəyişiblər. Çox az bir hissəsi isə bütün bu ağır şəraitə tab gətirərək yaşamaq imkanı əldə edib. Totalitar rejimin cəhənnəminin bir parçası olan Maqdan ora gedən azərbaycanıların məzarlığına çevirilib.
Həmin məkanla bağlı müxtəlif kitablar yazılıb, araşdırmalar aparılıb. Diqqətimizi cəlb edən bir mənbədə göstərilir ki, 1932-cı ildə Maqadan düşərgələrində 10 minə yaxın dustaq çalışırdısa, 1937-ci ildə 80 min, 1941-ci ildə 148 000 dustaq çalışıb. Məlumatlara görə, Maqadan ərazisində 8 mindən artıq dustaq güllələnib. (Жeртвы Калымы. Маraдан. В.И.Мета. В.В.Диденко)
Maqadanla bağlı Binnət Əsgərin “Maqadan: sonuncu dayanacaq” kitabını oxuyuram. Kitabda yer alan azərbaycanılar haqqında bir neçə fakta nəzər salaq.
Ələkbər Qurbanov 1903-cü ildə Qərbi Azərbaycanda Amasiya rayonunun Mağaraxıq kəndində doğulub. 3 sentyabr 1937-ci ildə Ermənistan SSRİ NKVD-nin Xüsusi Şurası tərəfindən antisovet təşviqatına görə həbs edilib. Uzaq Maqadana sürgünə göndərilir. Həmin məkanın dəhşətli iqlim və ağır iş şəraiti və digər işğəncələrdən Ələkbər Qurbanov 1938-ci ilin 19 avqust tarixində vəfat edir. Onu Maqadan qəbirstanlığında basdırıblar.
Digər bir soydaşımız Qarasu Həsən Həşim oğlu 1923-cü ildə Türkiyənin İğdır bölgəsində anadan olub. 5 may 1951-ci ildə Ermənistan SSRİ DTK-nın Xüsusi Kollegiyası tərəfindən Ermənistan SSRİ-nin Cinayət Məcəlləsinin bir sıra maddələri ilə həbs olunur və 15 il azadlıqdan məhrum edilir. O, 13 sentyabr 1951-ci ildə vəfat edib. Ölümün səbəbi: Daxili qanaxma. O, Maqadanda dəfn olunub. Ölüm qeyd bildirişi 27 oktyabr 1951-ci ildə Maqadan Vətəndaşlıq Aktları Qeydiyyat İdarəsinə göndərilib.
1880-ci ildə Qərbi Azərbaycanda (Ermənistan) anadan olan Musa Bayramoğlu 1935-ci ildə əksinqilabi fəaliyyətinə görə həbs olunur. 30 aprel 1938-ci ildə onun haqqında ölüm hökmü çıxarılıb. 5 avqust 1938-ci ildə güllələnib. SSRİ məkanında müəyyən dəyişiklikdən sonra 1962-ci ildə ölümündən sonra ona bəraət verilib. (Arxiv nömrəsi: P-13241)
Mənbə Binnət Əsgərin “Maqadan: sonuncu dayanacaq” kitabı Bakı, 2026. səh. 296.
Milli Məclisin deputatı Əziz Ələkbərli yazır: “Dustaqların Maqadana gəlişi özü bir faciə idi.Vladivostokdan hərəkət edən minlərlə insanı alt qatlarda, havasız şəraitdə günlərlə daşıyırdılar. Yolda ölənlərin cəsədlərini heç bir dini ayın olmadan sadəcə yolda dənizə atılırdı. Maqadanın Nağayev buxtası bu bədbəxt insanlar üçün dünyanın sonu idi”. (“Maqadan: sonuncu dayanacaq” kitabı səh. 5)
“Maqadan: sonuncu dayanacaq” kitabında müəllif maraqlı ifadələrlə sonuncu dayanacağa çatır: “Bəli, Maqadan buzlu qəbirlərin şahididir. Bomboz dağların bağrında bir günlük möcüzə də gizlənə bilər”.
Onu da qeyd edək ki, digər bir azərbaycanlı öz babası haqqında məlumat toplamaq üçün 2023-cü ildə Maqadana getmişdi. Maqdanda vaxtılə sürgün edilmiş Molla Almazın nəvəsi ixtisasca həkim olan, Hacı Əzizxanla söhbət etdik. O, səfər təəssüratlarını bölüşdü: “2023-cü ilin iyul ayında Rusiya ərazisində, uzaq Maqadanda öz babamın məzarını ziyarət etdim. Molla Almaz Əfəndi İsgəndərov zəmanəsinin çox istedadlı, bacarıqlı insan olub. O, 21 il təhsil alıb. Ondan sonra elmli, təhsilli bir insan kimi cəmiyyətə, xalqa xidmət edir. Dövrünün çox tanınmış islam alimləri, təfsirçiləri, ruhaniləri onunla hesablaşıblar. Elmli insan olan Molla Almaz Əfəndi hər zaman islamı dəyərlərə bağlılığı, davranışı ilə cəmiyyətə örnək olub. Təbii ki, totalitar rejim belə islam mədəniyyətinə, əxlaqına bağlı insanı qəbul edə bilməzdi. Beləliklə, Molla Almaz Əfəndi 1937-ci ilin yanvar ayında həbs olunur, iyul ayında uzaq Maqadana, gedər-gəlməzə sürgün edilir. 1953-cü ildə orada vəfat edib. Mən babamın məzarını ziyarət etmək üçün bacımoğlu ilə birlikdə Maqadana getdik. Dünyanın ən soyuq məkanlarından biri olan və günahsız insanların sürgün edildiyi məkan, Yuxarı Seumçan qəsəbəsi adlanırdı. Maqadandan ora 500 km-dir. Biz babamın 13 il yaşadığı həmin əraziyə getdik. Babamla bərabər neçə-neçə günahsız insanın uyuduğu qəbirstanlığı ziyarət edib dualar oxuduq. Maqadanın Yuxarı Seumçan qəsəbəsində yalnız bir-iki ay xoş təbiət, istili günlər, normal havalar olur. İlin qalan bütün fəsillərində sərt iqlim şəraiti Maqadanın reallığıdır. Babam belə şəraitdə 1953-cü ilə qədər yaşayıb”.
Yekun olaraq, araşdırma zamanı Maqadanla və Azərbaycan kökənli maqadanlılarla bağlı xeyli məlumatlar əldə etsək də, onların yalnız bir qismini bu yazıda təqdim etdik.
Əkrəm Bəydəmirli
Baxış sayı: 305
Fiziki fəallıq diqqəti cəmləmək qabiliyyətini artırır
24-10-2026, 10:00
Tramp: ABŞ İrandan sonra Kuba ilə bağlı addımlar atacaq
24-10-2026, 10:00
XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib
23-10-2026, 21:30
Zeytun Festivalı başlayıb
23-10-2026, 18:30
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
23-10-2026, 16:00
В Ханкенди состоялся международный форум «SOCGOV 2026: Цифровой анализ для умного управления» -
23-10-2026, 16:00
Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub
23-10-2026, 14:00
Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər
23-10-2026, 14:00
Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə
23-10-2026, 13:30
Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub
23-10-2026, 10:00
Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma
23-10-2026, 10:00
Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır
23-10-2026, 09:00
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub
22-10-2026, 20:00
"Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub
22-10-2026, 19:00
Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib
22-10-2026, 19:00
Azerbaijan calls for international support in humanitarian demining efforts
22-10-2026, 18:30
Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür
22-10-2026, 18:00
Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb
22-10-2026, 15:30
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir
22-10-2026, 11:00
Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub
22-10-2026, 10:30
Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir
22-10-2026, 08:30
NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ
22-10-2026, 08:00
Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb
21-10-2026, 20:30
Ərdoğan prezident İlham Əliyevə zəng edib
21-10-2026, 20:00
В Баку начала работу XII международная книжная выставка
21-10-2026, 17:30
TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir
21-10-2026, 16:30
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
21-10-2026, 16:00
Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq
21-10-2026, 12:00
Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır
21-10-2026, 11:53
Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub
21-10-2026, 11:00
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
