ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) 2001-ci il 11 sentyabr terror hücumları ilə bağlı 71 sənədin məxfiliyini aradan qaldırıb.
Bu barədə NBC telekanalı məlumat yayıb.
MKİ direktoru Con Retkliff açıqlanan materialları qurumun 11 sentyabr hadisələri ilə bağlı ən böyük kəşfiyyat məlumatı toplusu kimi qiymətləndirib.
Sənədlər 1998-ci ilin fevralından 2001-ci il sentyabrın 12-dək olan dövrü əhatə edir və ABŞ prezidentləri Bill Klinton və Corc Buşa təqdim edilmiş gündəlik kəşfiyyat brifinqlərindən ibarətdir.
Qeyd edək ki, 2001-ci il sentyabrın 11-də ABŞ-də törədilən terror hücumları nəticəsində təxminən 3 min nəfər həlak olub. Hücumlar zamanı qaçırılan dörd sərnişin təyyarəsindən ikisi Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin qüllələrinə, biri Pentaqona çırpılıb, dördüncü təyyarə isə Pensilvaniya ştatında qəzaya uğrayıb.
Baxış sayı: 140
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
