FACT-INFO.AZ » SİYASƏT » "Ermənistanın substantiv danışıqlar ifadəsindən xüsusi qorxusu var"
14-06-2017, 08:30 | SİYASƏT
"Ermənistanın substantiv danışıqlar ifadəsindən xüsusi qorxusu var"

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin müsahibəsi
 - Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın Estoniya xarici işlər naziri ilə keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər barədə nə deyə bilərdiniz?
 - Belə təəssürat yaranır ki, Ermənistan XİN-də ya Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin nə olduğunu bilmirlər, ya da qəsdən Helsinki Yekun Aktı və BMT Nizamnaməsini təhrif edərək erməni xalqını aldatmağa çalışırlar. BMT Təhlükəsizlik Şurasının qətnamələrini təhrif etmək səlahiyyəti heç kimə verilməyib. Münaqişənin həlli üçün prinsipial baza olan BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993), 884 (1993) saylı qətnamələri Azərbaycana qarşı gücdən istifadəni, Azərbaycanın ərazilərinin işğalını pisləyir və ölkəmizin suverenliyi, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edir. Güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməzliyini vurğulayır. Sözügedən qətnamələrdə BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ regionunu Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi bir daha təsbit edir və Azərbaycanın işğal edilmiş bütün ərazilərindən işğalçı qoşunların dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir.
Ünvanlı bəyanatlardan danışan Ermənistan XİN rəhbərinə yalnız ATƏT-in Minsk qrupu həmsədrlərinin dövlət başçıları səviyyəsində 10 iyul 2009-cu il Akvil və 26 iyun 2010-cu il tarixli Muskokada verdikləri bəyanatları xatırlatmaq kifayətdir. Həmsədr ölkələrin dövlət başçıları səviyyəsində verilmiş bu bəyanatlarında Helsinki Yekun Aktı əsasında hazırlanmış elementlərə görə münaqişənin həllində ilkin addım kimi Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilərin geri qaytarılması nəzərdə tutulub. Münaqişənin mərhələli həllini nəzərdə tutan yenilənmiş Madrid prinsiplərinin də birinci bəndi bundan ibarətdir. Prezidentlərin Sankt-Peterburq görüşünün və hal-hazırda danışıqlar masasında olan sənədin də mahiyyəti budur. Ünvanlı şəkildə Ermənistandan öz qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması tələb olunsa da, Ermənistan hələ də buna məhəl qoymur və Minsk qrupu həmsədrlərinin dövlət başçısı səviyyəsində olan bəyanatlarını da təhrif etməkdən çəkinmir.
 - Ermənistan XİN rəhbəri Moskva görüşündə hazırda danışıqlar masasında olan təkliflər üzrə substantiv danışıqlar aparılmadığını deyib.
 - Ermənistan tərəfinin substantiv danışıqlar ifadəsindən xüsusi qorxusu var. ATƏT Minsk qrupunun həmsədrləri və BMT baş katibi dəfələrlə münaqişənin həlli üçün tərəfləri substantiv danışıqlara çağırsalar da, Ermənistan XİN rəhbəri hər dəfə bu ifadədən yayınmağa çalışır. Çünki substantiv danışıqlar həmsədrlərin qeyri-məqbul hesab etdikləri “status-kvo”nun dəyişdirilməsini, yəni işğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan qoşunlarının çıxarılması daxil olmaqla, kompleks tədbirləri ehtiva edir. ATƏT-in Minsk qrupunun həmsədrləri adından danışan Ermənistan XİN rəhbəri indi də Rusiya Federasiyası XİN-in adından danışmağa başlayıb. Aprelin 26-da Moskvaya nə üçün getdiyini Ermənistan XİN rəhbəri özü bilər. Onu deyə bilərik ki, həmin gün Moskvada nazirlər səviyyəsində keçirilmiş görüşdə hal-hazırda danışıqlar masasında olan təkliflər müzakirə olunub. Ermənistan XİN rəhbərinin üç ölkənin nazirinin Moskva görüşündə yalnız bir neçə cümlədən ibarət press-reliz hazırlamaqla məşğul olduğunu deməsi özünü gülüş yerinə qoymaqdır.
Ermənistan XİN-in bu kimi qeyri-ciddi və lazımsız açıqlamalarla danışıqlar prosesinə xələl gətirir. Bunun əvəzinə Ermənistan tərəfinin hal-hazırda danışıqlar masasında olan sənəd üzrə substantiv danışıqlarda konstruktiv iştirak etməsi münaqişənin həllinə və regionda davamlı sülhün təmin olunmasına xidmət edərdi. 
APA 

 

 

 

 

 

 

 

 

 




Baxış sayı: 1 508
Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031