”Ölkəmizin hər yerində terrora qarşı mübarizə aparacağıq”. Bunu APA-nın Türkiyə müxbirinə açıqlamasında Türkiyə baş nazirinin müavini Cevdət Yılmaz deyib. Baş nazirin müavini bildirib ki, terroru lənətləyir: "Terror dünyanın bəlası və təəssüf ki, uzun müddətdən bəri ölkəmizin də acısını çəkdiyi hadisədir. Terror Şərq və Cənubi-Şərq bölgələrində yaşayan insanlarımıza böyük ziyan vurur, o bölgələrin insanları terrordan son dərəcə mənfi şəkildə təsirlənir. Terror təşkilatı bu metoddan çox istifadə edir. Terror təşkilatı gömrük işçilərini qaçırır. Amma lazımi tədbirləri görəndən sonra bəzi gömrük məntəqələrini açmaq məcburiyyətindəyik. Terror təşkilatı orada yaşayan insanlara zərər vurur. Təhlükəsizlik qüvvələrimiz yollarda təhlükəsizlik tədbirləri görürlər. Təhlükəsizliyin olmadığı yerdə nə iqtisadiyyat, nə turizm, nə də ticarət olar. Təəssüf ki, terror bəzən qurbanlar verməyimizə səbəb olur. Ancaq biz terrora qarşı qərarlı şəkildə mübarizə aparırıq və mübarizəyə davam edəcəyik. Ölkəmizdə terrora qarşı mübarizənin uzun tarixi var. Çoxşaxəli və qərarlı mübarizəmizlə fərqli nöqtəyə gələcəyik”.
Baxış sayı: 2 442
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

