Bunu Trend-in sorğusuna cavab olaraq Ermənistan xarici işlər naziri E. Nalbəndyanın dediklərini şərh edən XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
"Normal məntiqlə Ermənistan xarici işlər nazirinin nə demək istədiyini başa düşmək çox çətindir.
Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrlərinin qəbuledilməz və qeyri-davamlı olan status kvonun dəyişdirilməsi üçün təqdim etdikləri kompleks tədbirlər əsasında substantiv danışıqların davam etdirilməsini dəstəkləyir. Status kvonun dəyişdirilməsi isə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və Azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını nəzərdə tutur.
Azərbaycan ərazilərinin işğalını davam etdirərək bunun reallaşmasına və işğala əsaslanan status kvonun dəyişdirilməsinə maneə olan tərəf məhz Ermənistandır".
Baxış sayı: 1 526
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

