FACT-INFO.AZ » SİYASƏT » Əli Həsənov: "Təkliflər prezidentə təqdim ediləcək"
10-06-2017, 07:40 | SİYASƏT
Əli Həsənov: "Təkliflər prezidentə təqdim ediləcək"

"Bildiyiniz kimi, Quba şəhərindəki “Soyqırımı memorial kompleksi” 1918-ci ildə erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar  və soyqırımı nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə yaradılmış abidədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il dekabrın 30-da imzaladığı Sərəncama müvafiq olaraq Heydər Əliyev Fondu tərəfindən yaradılmış kompleks ən müasir standartlara cavab verir və öz möhtəşəmliyi ilə seçilir. Abidə-muzeydə mövcud olan şərait və tarixi sənədlər, faktlar və ekspozisiyalar həmin dövrdə erməni millətçilərinin dinc əhaliyə qarşı törətdiyi vəhşiliklər barədə məlumat əldə edilməsi və bütün bunların dünya ictimaiyyətinə çatdırılması üçün geniş imkanlar yaradır".
 Bunu APA-ya açıqlamasında Quba “Soyqırımı memorial kompleksi”nin mövcud vəziyyətinin araşdırılması və görüləcək işlər barədə müvafiq təkliflərin hazırlanması üçün yaradılan Komissiyanın sədri, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov deyib.
 "Təəssüf ki, son zamanlar kompleksin məzarlıq hissəsindəki ərazidə açıq havada qalan insan sümüklərinin təbii proseslər nəticəsində çürüməsi, torpağın eroziyaya uğraması və sürüşmə hallarının aktivləşməsi müşahidə olunur. Məlum olduğu kimi, Cənab Prezident kompleksin mövcud vəziyyətinin araşdırılması və baş verən proseslərin qarşısının alınması məqsədilə tapşırıq verib. Tapşırığa uyğun olaraq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən “Quba şəhərində “Soyqırımı memorial kompleksi” ilə bağlı bəzi məsələlər haqqında” sərəncam imzalanıb və aidiyyəti orqanların nümayəndələrindən, həmçinin mütəxəssislərdən ibarət komissiya yaradılıb.
 Bu gün kompleksin məzarlıq hissəsində insan sümüklərinə və sürüşmə hallarının aktivləşdiyi ərazilərə baxıldı. Daha sonra isə Quba Rayon İcra Hakimiyyətində keçirilən iclasda mövcud vəziyyətlə bağlı müzakirələr aparıldı və artıq problemin aradan qaldırılması ilə bağlı ilkin təkliflər də var. Yaxın zamanlarda daxil olan təkliflər öyrəniləcək və sistemləşdirilərək Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək", - deyə Ə. Həsənov bildirib.
 Qeyd edək ki, Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin mövcud vəziyyətinin araşdırılması və görüləcək işlər barədə müvafiq təkliflərin hazırlanması üçün yaradılmış komissiya bu gün kompleksin məzarlıq hissəsində insan sümüklərinə və sürüşmə hallarının aktivləşdiyi ərazilərə baxış keçirib və müvafiq müzakirələr aparıb.
 




Baxış sayı: 1 541
Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031