FACT-INFO.AZ » SİYASƏT » Prezident İlham Əliyev: “Hökumət yeni situasiyada işləyəcək"
9-09-2015, 09:20 | SİYASƏT
Prezident İlham Əliyev: “Hökumət yeni situasiyada işləyəcək"

Dövlət başçısı qeyd edib ki, bu müddət ərzində neftin qiyməti kəskin şəkildə aşağı düşüb: "Əlbəttə ki, mütəxəssislər, təhlilçilər bunun səbəblərini araşdırmalıdırlar. Ancaq istisna edilmir ki, bu da siyasi sifarişin nəticəsidir. Buna baxmayaraq, biz bu vəziyyətə də hazır olmalıydıq və bu günə qədər şaxələndirmə, qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar bizə kömək etdi ki, biz minimum itkilərlə bu vəziyyətdən çıxaq. Baxmayaraq ki, bu da təbiidir, bizim gəlirlərimiz böyük dərəcədə azalıb. Keçən il neftin qiyməti yüz dollardan yuxarı idisə, bu gün əlli dollardan aşağıdır. Yəni iki dəfədən çox düşüb. Ancaq biz çalışırıq və çalışacağıq ki, Azərbaycan xalqı bundan əziyyət çəkməsin".

İlham Əliyev bildirib ki, bütün sosial proqramlar, sosial infrastruktur layihələri icra edilir və insanların təhlükəsizliyi və sosial müdafiəsi təmin edilir: "Bax, bu xoşagəlməz mənzərə ilə üzləşmişik və çalışmalıyıq ki, əlbəttə, 2016-cı ildə iqtisadi inkişafı təmin edək. Bu il iqtisadi inkişaf Azərbaycanda çox sürətlidir. Gələn ay biz ənənəvi olaraq hökumətin geniş iclasında 9 ayın yekunlarını müzakirə edərək bunlara da toxunacağıq. Ancaq 6 ayın yekunları deməyə əsas verir ki, biz çox yüksək nəticələrlə ili başa vuracağıq. ÜDM təxminən 6 faiz artıb, qeyri-neft iqtisadiyyatı 9 faizdən çox artıb, inflyasiya çox aşağı səviyyədədir. Kənd təsərrüfatı 7,3 faiz artıb. Qeyri-neft sənayesi 14 faiz artıb. Yəni bütün bunlar böhranlı ildə əldə edilən nailiyyətlərdir".

Prezident deyib ki, dünya miqyasında buna bənzər yüksək nəticələr görmək çox çətindir: "Yenə də nəyə görə? İlk növbədə, bizim güclü siyasi iradəmiz var. Biz öz siyasətimizi ancaq Azərbaycan xalqının maraqları üzərində qurmuşuq. İkincisi, düşünülmüş iqtisadi siyasət və uzun illər aparılan islahatlardır ki, bu islalatlar bu gün beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. Onu da qeyd etməliyəm ki, bu il “Fitch Ratings” agentliyi Azərbaycanın sabit reytinqini bir daha təsdiqləyib. Bizim "BBB-" səviyyəsində reytinqimiz var. Bu da çox böyük nailiyyətdir. Bunu geniş ictimaiyyət bəlkə də bilmir və mətbuatda da çox qısa xəbər kimi təqdim edilmişdi, halbuki bu, çox böyük hadisədir. İndi baxsınlar başqa ölkələrin kredit reytinqlərinə. Hamısı aşağı düşür, Azərbaycanda isə sabitdir. Nəyə görə? Əvvəllər bizim uğurlarımızı bədxahlar, paxıllar neftlə bağlayırdılar: “Azərbaycanda neft hasilatı var, ona görə də Azərbaycan inkişaf edir”. Yaxşı, neft hasilatı Azərbaycanda artmır, düşür. Neftin qiyməti iki dəfədən çox düşüb. Yenə də biz inkişaf edirik. Qəbul etmək istəmirlər ki, bizim inkişafımızın təməlində düşünülmüş siyasət dayanır. Antiazərbaycan qüvvələri, islamofob qüvvələri, bizim müstəqilliyimizlə barışmaq istəməyənlər həmişə çalışırlar ki, bizim işimizə kölgə salsınlar. Bu gün də bizə qarşı çirkin kampaniya davam edir - Avropa Oyunları ərəfəsində və Oyunlar zamanı, indi də. Nəyə görə? Çünki biz ölkəmizi qoruyuruq. İmkan vermirik ki, "beşinci kolon", milli satqınlar, xainlər burada meydan oxusunlar və imkan verməyəcəyik. Bax, budur bugünkü ümumi siyasi və iqtisadi mənzərə. Mən bir də demək istəyirəm ki, ilin sonuna qədər biz bütün lazımi tədbirləri görəcəyik ki, iqtisadi inkişaf davam etsin. Və gələn il əlbəttə ki, hökumət daha fəal, çevik işləməlidir ki, gələn il də bizim iqtisadiyyatımız artsın".

Dövlət başçısı xatırladıb ki, bir neçə gün bundan əvvəl hökumətin iclasında gələn ilin büdcəsi müzakirə edilmişdi: "Mənə artıq məruzə edildi, biz bu məsələni daha da geniş müzakirə edəcəyik. Demək istəyirəm ki, gələn ilin büdcəsi real vəziyyəti nəzərə almalıdır. Gələn ilin büdcəsi daha çox sosial yönümlü büdcə olmalıdır. Əlbəttə ki, ən böyük prioritet təşkil edən investisiya layihələri də icra edilməlidir. Ancaq prioritet olmayan, o qədər də vacib xarakter daşımayan layihələri büdcə proqramına, investisiya proqramına salmamalıyıq. İsrafçılığa yol verilməməlidir, maliyyə nizam-intizamı daha da gücləndirilməlidir. Və çalışmalıyıq ki, vəsaitə qənaət edək. Bütün ölkələr indi bu siyasəti aparır və biz də bu siyasəti daha da ciddi şəkildə aparmalıyıq. Əvvəlki illərdə biz daha çox çalışırdıq ki, tezliklə ölkə qarşısında duran bütün sosial-iqtisadi məsələləri həll edək və məhz ona görə bəzi hallarda o qədər də böyük prioritet təşkil etməyən layihələrə vəsait ayırırdıq ki, daha da sürətlə inkişaf getsin. Çünki görüləsi işlər kifayət qədər çox idi. Amma bu gün biz əsas infrastruktur layihələrini icra etmişik, bəziləri davam edir, ancaq köklü şəkildə burada çox ciddi dönüş yaranıb. Sosial-infrastruktur layihələrinin bir çoxunu icra etmişik və ölkədə sahibkarlığın, biznesin inkişafı üçün möhkəm zəmin yaradılıb: infrastruktur layihələri, kreditləşdirmə və əlbəttə ki, dövlət siyasəti. Ona görə də gələn ilin büdcəsinə çox diqqətlə baxmalıyıq. Yenə də demək istəyirəm ki, ən əsas məsələlər orada öz həllini tapacaq. İlk növbədə qeyd etməliyəm ki, bütün sosial proqramlar ixtisarsız icra ediləcək. Azərbaycan vətəndaşları əmin ola bilər ki, burada heç bir ixtisar ola bilməz. Sosial infrastruktur layihələri icra ediləcək. Məktəb tikintisi, uşaq bağçalarının tikintisi, xəstəxanaların tikintisi davam edəcək. Eyni zamanda, sosial siyasətlə bağlı institusional islahatlar davam etdiriləcək".

Azərbaycan Prezidenti vurğulayıb ki, hökumət yeni situasiyada işləyəcək: "Neft gəlirləri azalır. Ona görə də daha çox innovasiyalara üstünlük verilməlidir. Sahibkarlığın inkişafı üçün əlbəttə ki, addımlar atılacaq və maliyyə sabitliyi təmin ediləcək. Mənim buna heç bir şübhəm yoxdur. Bizim maliyyə vəziyyətimiz sabitdir. Kifayət qədər valyuta ehtiyatlarımız var. Biz yenə də düşünülmüş siyasət apararaq valyuta ehtiyatlarımızı ildən-ilə artırırdıq. Bu il də biz Dövlət Neft Fondunun vəsaitini qoruyuruq. Düzdür, indi bəzi vaxtilə alınmış əmlakların qiyməti düşdüyünə görə, xüsusilə, avro-dollar məzənnələrinin arasında olan bəzi dəyişmələr elə fikir yarada bilər ki, bizim Dövlət Neft Fondunun ehtiyatları azalıb, ancaq reallığa baxanda görərik ki, azalmayıb. Çünki qiymətləndirmə ilə bağlı və dünya valyuta kurslarının səviyyəsi ilə əlaqədar bəzi dəyişikliklər edilib. Ancaq biz gələn il də valyuta ehtiyatlarımızı, xüsusilə, Dövlət Neft Fondunun ehtiyatlarını qorumalıyıq və qoruyacağıq.
Bax, bu səpkidə bütün işləri görürük. Bir də demək istəyirəm ki, mən Azərbaycanın uğurlu inkişafı ilə bağlı heç bir problem görmürəm. 2016-cı ildə də biz uğurla inkişaf edəcəyik, ölkə qarşısında duran bütün vəzifələri icra edəcəyik. Sadəcə olaraq, ilin sonuna qədər, xüsusilə, gələn ilin xərcləri ilə, investisiya proqramları ilə, maliyyə vəziyyətimizlə bağlı hökumət daha da ciddi işləməlidir, yeni təkliflər verilməlidir. Ən əsas məsələ ondan ibarətdir ki, gələn ilin büdcəsi balanslaşdırılmış, reallığı əks etdirən və lazımlı olmayan xərclərə yol verməyən bir büdcə olmalıdır".




Baxış sayı: 2 120
“İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Bu gün, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Bu gün, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Bu gün, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Bu gün, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Bu gün, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Bu gün, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Bu gün, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb Dünən, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub Dünən, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib Dünən, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir Dünən, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans Dünən, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram Dünən, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib Dünən, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib Dünən, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" Dünən, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub 16-10-2026, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib 16-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031