İranda törədilmiş terror aktları ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
O qeyd edib: "Bu terror aktları nəticəsində həlak olanların ailələrinə, bütün İran xalqına və Hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralanan və xəsarət alanların tezliklə şəfa tapmasını diləyirik".
H.Hacıyev bildirib ki, terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə pisləyir: "Azərbaycan terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini qətiyyətlə dəstəkləyir".
Qeyd edək ki, bu gün Tehranda İran parlamentinin binasına və Xomeyninin məqbərəsinə silahlı hücumlar olub. Terror aktları nəticəsində 12 nəfər ölüb, 39 nəfər yaralanıb. (Modern.az)
Baxış sayı: 1 517
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

