Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar vasitəsilə aradan qaldırıla bilər. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kalininqradda İ.Kant adına Baltik Federal Universitetinin tələbələri qarşısında çıxışında bəyan edib.
TASS xəbər verir ki, Lavrov deyib: “Yalnız razılığa gəlmək lazımdır, başqa yol yoxdur. Müxtəlif formalar alan uzun sürən danışıqlar prosesi dövrü ərzində razılaşmalara dəfələrlə yaxın olmuşuq, hətta bir addımlığında olmuşuq. Amma sonra gah bir, gah da o biri tərəfin müəyyən etimadsızlıq instinkti işə düşüb. Amma işi davam etdirmək lazımdır”.
Rusiya xarici siyasət idarəsinin başçısı vurğulayıb ki, danışıqlar gedişində artıq müəyyən prinsiplərin işlənib hazırlanmasına baxmayaraq, “çox incə məsələlərə, o cümlədən daxili siyasət məsələlərinə toxunan tam bir sıra çox mürəkkəb detal razılaşdırılmalıdır”.
S.Lavrov sonda deyib: “Amma biz səylərimizi dayandırmırıq. Bildiyiniz kimi, Rusiya ABŞ və Fransa ilə birlikdə ATƏT-in Minsk qrupunun həmsədri olan ölkədir. Biz onun heyətində tərəflərlə müntəzəm görüşürük və bu üçlük çərçivəsində bundan sonra da hələlik razılaşdırılmamış xırda, amma çox ciddi detalları necə həll edəcəyimiz barədə düşünəcəyik”. (Azərtac)
Baxış sayı: 1 543
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

