Özbəkistanın Ziyouz.uz və Tnews.uz portalları Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının (AES) region üçün təhlükəsi haqqında məqalələr yayıb.
Məqalələrdə Azərbaycan Milli Məclisində keçirilən Avropa Şurası Parlament Assambleyasının sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin iclasında parlament sədrinin birinci müavini Ziyafət Əsgərovun Metsamor AES-in region dövlətləri üçün təhlükə mənbəyi olması barədə fikirləri yer alıb. Bildirilib ki, köhnə sovet texnologiyası ilə tikilmiş və istismar müddəti başa çatmış stansiya Avropa ölkələri üçün də real təhlükə mənbəyidir. Ermənistan seysmik zonada olduğundan bu təhlükə daha real görünür.
Məqalələrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumat verilir. Münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu, bir milyondan artıq qaçqın və məcburi köçkün probleminin yarandığı diqqətə çatdırılır.
Bundan başqa, məqalələrdə Türkiyənin energetika naziri Taner Yıldızın Metsamor AES-in Türkiyə sərhədindən bir kilometrlik məsafədə yerləşməsi və bunun Türkiyə üçün də böyük təhlükə yaratması barədə fikrinə yer verilib.(Azərtac)
Baxış sayı: 1 523
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

