APA-nın “news.am”-a istinadən verdiyi məlumata görə, bunu Fransanın Ermənistandakı səfiri Jan-Fransua Şarpantye deyib.
Onun sözlərinə görə, hər üç həmsədr bir-biri ilə, həmçinin münaqişə tərəflərinin dövlət başçıları və xarici işlər nazirləri ilə daim təmasda olur.
On gündən sonra həmsədrlərin bölgəyə səfər edəcəyini deyən fransalı diplomatın sözlərinə görə, Minsk qrupunun missiyası münaqişənin həlli yollarının tapılmasına şərait yaratmaqdır, lakin yekun qərarı onlar qəbul etmirlər.
Səfir əlavə edib ki, bu ilin mart ayında Ollandla Sarkisyan arasında görüş zamanı Fransa dövlət başçısı Azərbaycan və Ermənistan prezidentlərini qəbul edib, onların görüşünü təşkil etməyə hazır olduğunu bəyan edib.
Səfirin qənaətinə görə, üç məlum prinsipə əsaslanan hərtərəfli yekun həllin tez bir zamanda tapılması üçün hər şey etmək lazımdı. J. Şarpantye qeyd edib ki, istər insani, istərsə də siyasi nöqtəyi nəzərdən daim təhdid və atəşkəs rejiminin pozulması şəraitində yaşamaq olmaz.
“Status-kvo davam edə bilməz”, - deyə səfir bildirib.
Baxış sayı: 1 598
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

