FACT-INFO.AZ » SİYASƏT » Rufiz Qonaqov: "BMAM“ Ermənistanın işğalçılıq siyasəti“ mövzusunda Bakıda geniş İctimai Form təşkil edəcək"
1-06-2017, 11:25 | SİYASƏT
Rufiz Qonaqov: "BMAM“ Ermənistanın işğalçılıq siyasəti“ mövzusunda Bakıda geniş İctimai Form təşkil edəcək"

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM)  " Ermənistanın işğalçılıq siyasətinın yaratdığı problemlər və regionda təhlükəsizliyə təsiri " mövzusunda Bakıda  geniş İctimai Form keçirəcək.
Bu barədə Day.Az-a  BMAM Mətbuat xidmətindən bildirilib.
Prezident  yanında QHT - lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri Rufiz Qonaqovun bildirdiyinə görə, Formun əsas prioriteti Azərbaycan torpaqlarının işğal edilməsi faktının regionda yaratdığı təhlükəsziliyin və böhranın beynəlxalq qurumlara çatdırılmasıdır: "Əsas məqsədimiz informasiya resurslarının işə cəlb olunması ilə regional təhlükəsizliyin qlobal təhlükəsizliyə keçidi və münaqişənın yeni bir müstəviyə keçməsinin qarşısını almaq üçün səylərin artırılmasında beynəlxalq ictimaiyyətin fəallığının artırılmasına nail olmaqdır. Bunun üçün bir sıra işlər görülməlidir.
Beynəlxalq təşkilatların Ermənistana qarşı sərt mövqe nümayiş etdirməsinə nail olmaq, Ermənistanın, eləcə də, Dağlıq Qarabağdakı terrorçu qrupun işğalçılıq siyasətinə, qeyri-qanuni fəaliyyətinə qarşı təsiredici adddımların gücləndirilməsi və BMT Təhlükəsizlik Şurasının bu münaqişə ilə bağlı qəbul etdiyi dörd qətnamənin işləməsi üçün beynəlxalq ictimaiyyətin səfərbər olunmasıdır".
Rufiz Qonaqov daha sonra bildirib ki, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün Ermənistanın işğalçılıq siyasətinin regionda törətdiyi təhlükənin detallarının beynəlxalq ictimaiyyətə çatdırmalıyıq: "Bunun üçün sosial mediada bu işğalçılıq faktının geniş müzakirəsi və fəsadlarının müzakirəsi təşkil ediləcək.
Eyni zamanda sosial şəbəkələrin imkanlarından istifadə edilməklə, sosial şəbəkələrin xarici istifadəçilərinin prosesə cəlb olunması və dünya miqyasında bu işğalçılıq faktının online  yayılması və təbliğat aparılması əsas məqsədlərimizdəndir. Bundan başqa Bakıda beynəlxalq təşkilat və səfirliklərin, o cümlədən yerli və xarici medianın iştirakı ilə İctimai Forumun təşkili və ekspertlərlə birgə ayrı-ayrı Panellərdə Qarabağ probleminin regional və qlobal təhlükəsizliyə təsiri öyrəniləcəkdir. Müzakirələrdə yerli və beynəlxalq ekspertlər çıxış edəcəklər. Hesab edirik ki, bu çox böyük əhəmiyyət daşıyacaq. İctimai sektorla yanaşı beynəlxalq təşkilatların da səfərbər olunması Qarabağ problemi ilə bağlı informasiya yükünü artıracaq və əsl həqiqət dünya ictimaiyyətinə çatdırılacaq. "
İctimai Formun İyun ayının 22 - də keçirilməsi nəzərdə tutulur.

 

 




Baxış sayı: 2 015
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb 11-11-2026, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ 11-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər 11-11-2026, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar 11-11-2026, 14:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30