FACT-INFO.AZ » SİYASƏT » Antonio Quterreş: Azərbaycan BMT-nın təşəbbüslərində və proqramlarında yaxından iştirak edir
26-05-2017, 10:30 | SİYASƏT
Antonio Quterreş: Azərbaycan BMT-nın təşəbbüslərində və proqramlarında yaxından iştirak edir

Görüşdə Azərbaycan və BMT arasında münasibətlərin hazırkı durumundan məmnunluq ifadə olunub. 
Elmar Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını A.Quterreşə çatdırıb. Baş katib Prezident İlham Əliyevlə görüşlərini məmnunluqla xatırladığını deyərək, onun da salamlarının və xoş arzularının dövlətimizin başçısına çatdırılmasını xahiş edib. 
Nazir Elmar Məmmədyarov Azərbaycanın müstəqilliyinin ilk illərində BMT və onun ixtisaslaşmış təşkilatlarının Azərbaycana dəstəyinin, xüsusilə Ermənistanın təcavüzü nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşən vətəndaşlarımızın humanitar problemlərinin həll edilməsi məqsədilə göstərdiyi yardımların yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. 
E.Məmmədyarov, həmçinin Azərbaycanın BMT Nizamnaməsi və beynəlxalq hüququn prinsipləri və məqsədlərinə sadiq olduğunu və BMT-nin fəaliyyətinə dəstək və töhfə verdiyini qeyd edib. Azərbaycanın 2015-ci ildə keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016–2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulduğunu deyən E.Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında Fərman verildiyini xatırladıb, bu Şuranın 2030-cu ilə qədər qlobal inkişaf məqsədləri və hədəfləri çərçivəsində milli prioritetlərin və göstəricilərinin müəyyən edilməsi, müvafiq dövlət proqramlarının dayanıqlı inkişaf məqsədlərinə uyğunlaşdırılması üzrə məsul olduğunu söyləyib.
E.Məmmədyarov Azərbaycanın inkişaf etməkdə olan, həmçinin daha az inkişaf etmiş, eləcə də təbii fəlakətlərlə üzləşmiş ölkələrin ehtiyaclarının qarşılanmasına xüsusi diqqət yetirdiyini deyib və bu illər ərzində müxtəlif regionlardan olan bir sıra ölkələrə Heydər Əliyev Fondu və Xarici İşlər Nazirliyi nəzdindəki Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi (AIDA) vasitəsilə humanitar və digər yardımlar göstərildiyini vurğulayıb.
E.Məmmədyarov Azərbaycanın 2017-2019-cu illər üçün BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilməsinin ölkəmizə beynəlxalq inkişafa töhfə vermək üçün əlavə imkan yaradacağını deyib.
Azərbaycan hökuməti tərəfindən milli və beynəlxalq səviyyədə mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə xüsusi diqqət yetirildiyini deyən E.Məmmədyarov bu xüsusda 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edildiyini diqqətə çatdırıb. Həmçinin 2016-cı ilin aprel ayında Azərbaycanın BMT-nin Sivilizasiyaların Alyansının VII Qlobal Forumuna ev sahibliyi etdiyini xatırladıb.
Azərbaycan-BMT əlaqələrinin inkişaf tarixində Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin ölkəmizin Şuraya sədrlik etməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Elmar Məmmədyarov, həmçinin Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyə əsas təhdid olan Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanmasında BMT-nin rolundan bəhs edərək, münaqişənin həlli üçün baza sənədlərinin də məhz BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş müvafiq qətnamələr olduğunu vurğulayıb. O, bu qətnamələrin tələblərinin hələ də yerinə yetirilməməsinin təəssüf doğurduğunu əlavə edib. Elmar Məmmədyarov Antonio Quterreşi Rusiya tərəfinin təşəbbüsü ilə bu il aprelin 28-də Moskvada keçirilmiş Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü, aparılan müzakirələr barədə məlumatlandırıb.
Söhbət zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində danışıqların hazırkı vəziyyəti ətraflı müzakirə olunub. Nazir münaqişənin həlli üçün substantiv danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıb.
A.Quterreş Azərbaycanın BMT-nın təşəbbüslərində və proqramlarında yaxından əməkdaşlığının və münasibətlərin dərinləşməsi istiqamətindəki səylərinin yüksək qiymətləndirildiyini bildirib və əməkdaşlıq üçün perspektiv vəd edən sahələrin müəyyən edilməsində bu kimi görüşlərin vacib olduğunu qeyd edib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparılıb.
Nazir BMT-nin baş katibinə köhnə Bakının neftlə çəkilmiş şəklini hədiyyə edib. (Azərtac)




Baxış sayı: 1 841
Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031