FACT-INFO.AZ » SİYASƏT » “Azərbaycan Qarabağda anti-terror əməliyyatı keçirəcək”
19-05-2017, 16:00 | SİYASƏT
“Azərbaycan Qarabağda anti-terror əməliyyatı keçirəcək”

Bunu Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin İdarə heyətinin üzvü, millət vəkili Rövşən Rzayev deyib. ATƏT-in Minsk Qrupu həmsədrlərinin 18 may 2017-ci il tarixli bəyanatına münasibət bildirən deputat hesab edir ki, bu, yeni mərhələ deyil.

“Təəssüflər olsun ki, dünya ictimaiyyəti, aparıcı dövlətlərin rəhbərləri beynəlxalq hüquqsuzluğun qələbə çalmasını dəstəkləyir. Ermənistan 25 ildən artıqdır ki, Azərbaycan ərazilərini işğal altında saxlayır. Bu gün də Ermənistanın işğalçı ordusu Azərbaycan ərazilərində dayanıb.

ATƏT-in Minsk qrupu çərçivəsidə heç bir danışıqlar getmir. Heç bir həmsədr ölkə rəhbəri bununla bağlı birmənalı mövqe ortaya qoymur. Təbii ki, bunların hamısı Ermənistanın işğalçı siyasətinin davam etdirilməsinə şərait yaradır. Bu şəraitə də müxtəlif təşkilatlar, qurumlar “doğru” donu geyindirmək üçün bütün imkanlarını səfərbər edirlər. Hesab edirəm ki, bütün bunların başında dayanan, hər bir həmsədr dövlətdə olan erməni lobbisidir. Bu baxımdan narahatedici amil ondan ibarətdir ki, həmsədr ölkələrin dövlət siyasəti Ermənistanın işğalçı siyasətinə dəstək olur. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova kimi təxribatçı adamlar öz şəxsi maraqları naminə bütün etik normalardan kənar mövqe sərgiləyir”.

R.Rzayev qeyd edib ki, ermənilər digər dövlətlərin dəstəyini əldə etdikdən sonra digər ölkələrin imkanları hesabına özlərini qəhrəman kimi qələmə verə bilirlər: “Düşünürəm ki, özünə hörmət edən dövlət, xalq digər dövlətin imkanlarından belə istifadə etməz. Təəssüf ki, coğrafi mövqeyimiz elədir ki, biz Ermənistanla bir yerdə yaşamağa məhkumuq və ermənilərin öz xalqına qarşı belə fırıldaq, yalançı siyasət yürütməsinin ağır nəticələrini görürük. Sərhəd bölgələrimizdə, təmas xəttində problemlər yaşanır, işğal faktoru davam etdirilir. Azərbaycan ərazilərindən işğalçı ordu çıxmır və onu çıxarmağa məcbur etmirlər. Bu problemlər yaxşı heçnə vəd etmir. Ona görə də həmsədrlər müxtəlif vasitələrlə, üsullarla işğal faktını gizlətməyə çalışırlar. Belə bəyanatların da verilməsi bundan qaynaqlanır. Buna görə çox narahatam. Heç istəmirəm ki, danışıqlar prosesi sona doğru getsin”.

Millət vəkili hesab edir ki, ərazi bütövlüyümüzün bərpası mütləq qaydada danışıqlar yolu ilə olmalıdır: “Əks halda bölgədə böyük problemlər yaşana bilər. Bunu böyük dövlətlər başa düşməli, qiymətləndirməlidir və ona müvafiq qərar qəbul etməlidir. Amma, ermənilərin dəstəyi çox olduğuna görə, biz hələ də gözləyirik. ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi ona gətirib çıxaracaq ki, Azərbaycan öz ərazilərində anti-terror əməliyyatı keçirəcək. Bu zaman isə xoşagəlməz hadisələr yaşanacaq. Azərbaycanın ərazi bütövlüyünü təmin edəcək. Buna heç kimin şübhəsi olmasın. Amma, yaxşı olar ki, biz bunu sülh yolu ilə edək. Təxribatçı, terrorçu, səhra komandiri düşüncəli Serj Sarkisyana belə dəstəyin nəticəsi gözlənilməz sonluqla yekunlaşacaq”.

Qeyd edək ki, Azərbaycan XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev hesab edir ki, Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 25-ci ildönümü və Ermənistan prezidentinin parlamentdə çıxış edərək Yenilənmiş Madrid Prinsiplərini inkar edən açıqlamasının müqabilində ATƏT-in Minsk Qrupu həmsədrlərinin yalnız atəşkəs haqqında 18 may 2017-ci il tarixli standart bəyanatı simptomatik xarakter daşıyır.

H.Hacıyevin sözlərinə görə, Azərbaycanın digər işğal olunmuş rayonlarının əhalisi kimi 80.000-ə yaxın Laçın sakini 25 ildir ki, qaçqın və məcburi köçkün vəziyyətində yaşadığı halda, rayonun işğalının 25-ci ildönümü günü bəyanatla çıxış edən Minsk Qrupunun həmsədrləri tərəfindən bu haqda heç nə deyilməməsi ədalətsiz və qeyri-obyektiv yanaşmadır. (azvision.az)









Baxış sayı: 1 423
Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031