"Daxili ictimai-siyasi vəziyyətin gərginləşməsi və cəmiyyətin son zamanlar onsuz da nüfuzdan düşmüş orduya qarşı nifrətinin artacağından ehtiyat edən Ermənistanın hərbi-siyasi rəhbərliyi orduda baş verən ölüm hallarının sayını təhrif etməklə əvvəlki illərdə olduğu kimi, həqiqəti ölkə ictimaiyyətindən gizlətməyə davam edir".
APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Bu il ərzində Ermənistan silahlı qüvvələrində 26 ölüm halının qeydə alındığı barədə Ermənistan mətbuatında yayılan məlumatlara münasibət bildirən nazirlikdən qeyd ediblər ki, aparılan araşdırmalara əsasən 2017-ci ilin yanvar ayından hazırkı dövrə qədər Ermənistan ordusunda döyüş və qeyri-döyüş itkilərinin sayı rəsmi şəkildə göstərildiyi kimi 26 deyil, 50 nəfərə yaxındır:
"Bunu sübut etmək üçün ordudakı itkilərlə bağlı cari il ərzində Ermənistan KİV-lərinin dərc etdiyi materialları izləmək kifayət edər. Hələ bu da Ermənistan ordusundakı itkilər barədə tam həqiqəti əks etdirmir.
Nəzərə alsaq ki, işğal olunmuş ərazilərimizdə yaşayan ermənilərdən olan çağırışçılar və buraya dünyanın müxtəlif qaynar nöqtələrindən cəlb edilən erməni əsilli muzdluların qeydiyyatı aparılmır, bu rəqəm xeyli dərəcədə artıqdır".
Baxış sayı: 1 419
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

