Əminəm ki, bu günlərdə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə təşkil olunacaq və bu oyunlar müsəlman ölkələri arasında həmrəyliyi daha da gücləndirəcək.
Bu sözləri AZƏRTAC-a müsahibəsində İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Araşdırmalar Mərkəzinin (IRCICA) baş direktoru Halit Eren deyib.
IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı olan Halit Eren bildirib ki, forumda səmərəli müzakirələr aparılıb, aktual məsələlər qaldırılıb və onların həlli yolları barədə təkliflər səsləndirilib.
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının önəmindən də danışan Halit Eren deyib: “Bir çox beynəlxalq forumlara uğurla ev sahibliyi edən Azərbaycanda qlobal əhəmiyyətli humanitar tədbirlərin keçirilməsinə böyük önəm verilir, mədəniyyətlərarası, sivilizasiyalararası dialoqların təşkili üçün mühüm işlər görülür. IV İslam Həmrəyliyi Oyunları da bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Azərbaycan belə bir yarışa ev sahibliyi etməklə İslam həmrəyliyinə öz töhfəsini verir”, - deyə o vurğulayıb.
Baxış sayı: 1 544
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

