FACT-INFO.AZ » SİYASƏT » "Azərbaycanın ərazi bütövlüyünə dəstəyimiz dəyişməzdir"
4-05-2017, 09:20 | SİYASƏT
"Azərbaycanın ərazi bütövlüyünə dəstəyimiz dəyişməzdir"

APA-nın XİN-ə istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan və İƏT arasında yüksək səviyyəli əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.
 Bu xüsusda nazir E. Məmmədyarov Azərbaycanın İƏT-lə əlaqələrin hərtərəfli inkişafına xüsusi önəm verdiyini qeyd edərək, islam dünyası ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişlənməsində İƏT-in əvəzsiz platforma olduğunu diqqətə çatdırıb. Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə ölkəmizdə 2017-ci ilin İslam Həmrəyliyi ili elan edildiyini xatırladan nazir ölkəmizin ev sahibliyi ilə 12 may tarixində IV İslam Həmrəylik Oyunlarının açılış mərasiminin keçiriləcəyini deyib.
 Azərbaycanın İƏT-in beynəlxalq arenada rolunun artmasında maraqlı olduğunu bildirən nazir E. Məmmədyarov BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə Azərbaycanın təşəbbüsü ilə “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda qurumun yüksək səviyyəli iclasının keçirildiyini diqqətə çatdırıb. Bunun İƏT-Azərbaycan arasında əlaqələrin artıq strateji tərəfdaşlıq xarakteri daşımasına bariz nümunəsi olmaqla yanaşı, İƏT-BMT arasında əməkdaşlığın genişlənməsinə öz töhfəsini verdiyini də əlavə edib.
 E. Məmmədyarov Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı İƏT-in yekdil və birmənalı mövqeyinin, həmçinin “Xocalıya ədalət” Beynəlxalq Təbliğat-Təşviqat Kampaniyasına dəstəyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. O həmçinin 10-15 aprel 2016-cı ildə İstanbulda keçirilmiş İƏT zirvə toplantısında Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Kontakt qrupu təsis edilməsinin vacibliyindən danışıb.
 Baş katib isə Azərbaycanın dinlərarası dözümlülük və mədəniyyətlərarası dialoq üçün nümunəvi bir məkana çevrildiyini və bu sahədə keçirilən tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini bildirərək, ölkəmizin İslam dininin sülh, əməkdaşlıq və dostluq dini kimi təşviqi və İslamın əsl dəyərlərini təqdimatı istiqamətində fəaliyyətinin təqdirəlayiq hal olduğunu vurğulayıb. 
 E. Məmmədyarov Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan xalqına məxsus İslam mədəniyyət abidələrinin və dini ibadət ocaqlarının dağıdılması və məhv edilməsi siyasətini həyata keçirdiyini və bununla əlaqədar İƏT-in müvafiq qətnamələr qəbul etdiyini xatırladaraq, bütün üzv dövlətlərin Ermənistanın bu vandalizm əməllərinə son qoyması üçün səylərini artırdığını  qeyd edib.
 Yusif Əl-Useymi İƏT-in Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qəti və dəyişməz dəstəyini bir daha diqqətə çatdırıb.
 Görüşdə İƏT çərçivəsində sahəvi əməkdaşlığın inkişafı, təşkilatın struktur islahatı, digər beynəlxalq təşkilatlarla əməkdaşlığı kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. 




Baxış sayı: 1 647
Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031