FACT-INFO.AZ » SİYASƏT » ATƏT PA-nın vitse-prezidenti Azay Quliyevdən AŞPA-ya sərt etiraz
3-05-2017, 09:40 | SİYASƏT
ATƏT PA-nın vitse-prezidenti Azay Quliyevdən AŞPA-ya sərt etiraz

“AŞPA-nın Türkiyəni yenidən monitorinq altına qaytarmaq haqda qərarı selektiv yanaşmanın açıq təzahürüdür və ciddi əsasa söykənmir”. 

Fact-info.az azvision.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin keçirilən iclasında ATƏT Parlament Assambleyasının vitse-prezidenti, deputat Azay Quliyev AŞPA-nın Türkiyə ilə bağlı qərarının müzakirəsi zamanı deyib.

 Deputat diqqətə çatdırıb ki, ötən ilin 15 iyulunda Türkiyədə baş verən hərbi çevrilişə cəhdi nə Avropa Şurasının, nə də Avropa İttifaqının rəhbərliyi pislədilər: “Onlar adekvat addım atmadılar. Dövlət çevrilişinə olan cəhdi qınamadılar. Hərbi çevrilişə cəhd zamanı 265 nəfər şəhid oldu, minlərlə adam yaralandı. İlk dəfə hərbi çevriliş zamanı bir ölkənin parlamenti bombalandı. Avropa Şurası, Avropa İttifaqı bu qədər rəzalətə laqeyd yanaşdı”. 

 Milli Məclisin üzvü AŞPA-nın Türkiyəyə qarşı belə qərar verməsini tənqid edib: “Baxın, görün bunların arqumenti nədən ibarətdir. Deyirlər ki, Türkiyə hökuməti FETÖ-çüləri niyə işdən çıxardır? Bildirirlər ki, fövqəladə vəziyyət zamanı Türkiyə referendum keçirir. Deyirlər ki, PKK-nın siyasi qanadı niyə həbsdədir? Türkiyənin yerində hər hansı bir dövlət, məsələn Fransa olsaydı, dövlət əleyhinə fəaliyyət göstərən FETÖ-çülər haqda hansı qərarlar qəbul edərdilər? Fransada fövqəladə vəziyyət zamanı prezident seçkiləri keçirilir. Niyə bəs Fransa ilə bağlı bu cür addımlar atılmır? Demək ki, Fransaya istənilən hərəkət olar, Türkiyəyə yox?! AŞPA-nın verdiyi qərarın başqa yozumu yoxdur. Sanki 15 iyulda dövlət çevrilişinə edilmiş uğursuz cəhdin qisasını Türkiyədən alırlar. Sanki 16 aprel referendumunda Türkiyə xalqının “evet” deməsinin heyfini çıxırlar. Bu cür qərarların başqa bir şərhi yoxdur. AŞPA bu qərara yeanidən baxmalıdır. ATƏT PA-da Türkiyə ilə bağlı müzakirələr olmuşdu, amma AŞPA-dan fərqli olaraq, burada müsbət qərar qəbul edildi. ATƏT PA dialoq imkanlarını qapatmadı”.

 

 




Baxış sayı: 1 625
Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031